"Azərsun"a daxil olan bank mənfəətlə işləyib
“Azərbaycan Sənaye Bankı” ASC 2017-ci ili 4 milyon 357 min manat xalis mənfəətlə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə Bankın xalis mənfəəti 524 min manat artıb. Belə ki, “Azərbaycan Sənaye Bankı” ASC 2017-ci ili 3 milyon 833 min manat xalis mənfəətlə başa vurmuşdu.
2016-cı ildə 18 milyon 386 min manat faiz, 8 milyon 220 min manat qeyri-faiz gəliri əldə edən bank, 2017-ci ildə 24 milyon 456 milyon manat faiz, 6 milyon 965 min manat qeyri-faiz gəliri əldə edib.
Faiz və qeyri-faiz xərcləri çıxıldıqdan sonra Bankın 6 milyon 693 min manat əməliyyat mənfəəti qalıb. 2016-cı ildə bankın əməliyyat mənfəəti 8 milyon 344 min manat təşkil etmişdi. 2017-ci ilin əməliyyat mənfəəti 2016-cı illə müqayisədə az olsa da, ehtiyatlara ayırma aşağı düşdüyündən xalis mənfəət bu il daha çox olub.
2016-cı ildə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 3 milyon 589 min manat ayıran bank, 2017-cı ildə bu məqsədlə 1 milyon 354 min manat ayırıb.
31 Dekabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Bankı” ASC 945 milyon 189 min manat cəmi aktivlərə, 945 milyon 189 min manat cəmi öhdəliklərə və 90 milyon 358 min manat cəmi balans kapitalına malik olub.
“Azərsun Holdinq”ə daxil olan “Azərbaycan Sənaye Bankı” ASC-nin səhmlərinin 94,2517 %-i “Anadolu İnvestment Kompani” MMC –yə, 5,1735 %-i “Azərbaycan Sənaye Sığorta” ASC –yə və 0,5748 %-i “Azərbaycan Sənaye Lizinq” MMC –yə məxsusdur.
Hesabat dövründə ASB-nin öhdəlikləri 21,7% artaraq 854,83 milyon manat təşkil edib. Bunun 628,657 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il Bankın depozit portfeli 45,3% böyüyüb.
ASB 2017-ci ilin 4-cü rübündə Azərbaycan Mərkəzi Bankına olan 10 milyon manat borcunu qaytarıb.
Bankın maliyyə göstəriciləri ilə daha ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)





.jpg)






