Sədri “Bank Standard”a 115 milyon manat ziyan vurub
“Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin keçmiş sədri Kriman Səlim Eldaroviçin banka vurduğu ziyanın məbləği məlum olub.
“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ittiham aktında qeyd edilib ki, S.Kirman ümumilikdə 41 epizod üzrə təqsirli bilinir.
Belə ki, o, 104 milyon 7 min 656 manat məbləğində əmlakı mənimsəməklə talama, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, “Bank Standard” QSC-yə cəmi 10 milyon 749 min 500 manat, ümumilikdə isə 114 milyon 757 min 155 manat zinan vurub.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Kirmanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Kirmanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, o, "İnterpol" xətti ilə axtarışa verilib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
17 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 20 saat əvvəl
-
20 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
20 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
























