SOCAR İstirqrazları üzrə 2017-ci ilin nəticələri açıqlandı
SOCAR İstirqrazı sahibləri 11,6 milyon dollar güzəştli kredit götürüblər
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyyatlar 2017-ci ildə rekord həddə çatıb.
İstiqrazların market meykeri olan "PSG Kapital" şirkətindən "Marja"ya verilən məlumata görə, ötən il təkrar bazarda 89 230 SOCAR İstiqrazı alınıb, istiqrazlarla əməliyyatların həcmi 89,5 milyon dollar təşkil edib. Ümumilikdə bu günədək SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 122,6 milyon dollara çatıb.
2017-ci ildə SOCAR İstiqrazları ilə əməliyyatlar | |
Ticarət olmuş istiqrazların sayı : | 89 230 |
Həcmi : | $ 89 535 626 |
Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bütün istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) ümumilikdə 134 milyon dollarlıq əməliyyat aparılıb. Başqa sözlə, SOCAR İstiqrazları istiqraz bazarının 66,8%-ni təşkil edib.
2017-ci ildə istiqraz təkrar bazarı (ipoteka istiqrazı xaric) | ||
SOCAR | $ 89 535 626 | 66,8% |
digər Korporativ | $ 16 972 518 | 12,6% |
Dövlət | $ 27 516 320 | 20,6% |
Cəmi: | $ 134 024 464 | 100% |
2017-ci ildə SOCAR İstiqrazları təkrar bazarda ən aktiv alınıb-satılan qiymətli kağız olub. Ötən il qiymətli kağızların alqı-satqısı üzrə bağlanan əqdlərin 86,5%-i SOCAR İstiqrazlarının payına dühür.
İstiqrazlara həm fiziki, həm də hüquqi şəxslərin böyük maraq göstərməsi onun bahalaşmasına səbəb olub. Ötən il istiqrazların qiyməti 1 000-1 023 dollar arasında dəyişib, ilin sonunda isə satış qiyməti 1 030 dollara yüksəlib.
Ötən ilin noyabrında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına start verilib.
Qeyd edək ki, REPO əməliyyatı istiqraz sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq güzəştli şərtlərlə (illik 3,5%-4%) kredit götürməyə imkan verir. Nəticədə istiqraz sahiblərinin öz qiymətli kağızlarını satmasına ehtiyac qalmır, onlar istənilən zaman REPO əməliyatından istifadə edərək tələbat olan vəsaiti cəlb edə bilirlər. REPO əməliyyatlarını cəlbedici edən digər cəhət faiz dərəcəsinin olduqca əlverişli olmasıdır. Belə ki, istiqrazın gəlirliyi illik 5% olduğuna görə, REPO çərçivəsində kredit cəlb edənlər yenə də gəlir götürməkdə davam edirlər.
Şirkətin məlumatında qeyd olunur ki, məhz bu üstünlük nəticəsində istiqraz sahibləri REPO əməlimyyatlarına böyük maraq göstəriblər. Qısa müddətdə SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi 11,6 milyon dolları keçib. Qiymətli kağızlar bazarındakı bütün repo əməliyyatlarının yarıdan çox hissəsi SOCAR İstiqrazlarının payınac düşüb. REPO əməliyyatları həm hüquqi, həm də fiziki şəxslərlə aparılıb.
2017-ci il üzrə REPO bazarı (dollarla ifadə) | |||
SOCAR İstiqrazları | 13 REPO müqaviləsi | $ 11 692 646 | 57% |
Digər istiqrazlar | 20 REPO müqaviləsi | $ 8 704 496 | 43% |
Cəmi: |
| $ 20 397 142 | 100% |
2017-ci ildə SOCAR İstiqrazları üzrə 4 dəfə faiz ödənilib. 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 5 milyon dollar gəlir əldə ediblər. Bununla da SOCAR İstiqrazları Azərbaycanda öz sahiblərinə dollarla ən çox gəlir gətirən qiymətli kağız olub.
2018-ci ildə SOCAR İstiqrazları sahiblərinə daha 5 milyon dollar faiz gəliri ödəniləcək. İlk faiz ödənişi yanvar ayında olacaq.
Qeyd edə ki, nominal qiyməti 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraz üzrə ildə 50 dollardır. İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
9 d. əvvəl
Dünyanın ən yaxşı restoranı seçilib – Nüfuzlu reytinq ətrafında mübahisələr böyüyür
-
10 d. əvvəl
“Meqa Sığorta”nın yığımları artıb, mənfəəti azalıb – Depozitləri 2,5 dəfə böyüyüb
- 22 d. əvvəl
-
26 d. əvvəl
“Azsığorta” 2026-cı ilin 9 ayını xalis mənfəət ilə başa vururb
-
28 d. əvvəl
Noyabrın 11-də gözlənilən hava şəraiti - fasilələrlə yağış yağacağı gözlənilir
-
48 d. əvvəl
Türkiyədə 17 nəfərin öldüyü faciə – İlham Əliyev Ərdoğana məktub göndərdi
- 51 d. əvvəl
-
51 d. əvvəl
Tramp İranla müharibənin tezliklə başa çatacağını açıqladı – Neft qiymətləri düşüb
-
57 d. əvvəl
“Azərbaycan Sənaye Sığorta” 1,5 milyon manatlıq zərərdən mənfəətə çıxıb – Sığorta haqları 20% azalıb
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Azsığorta” 2026-cı ilin 9 ayını xalis mənfəət ilə başa vururb
İstiqrazlarla bağlı gəlir marjası vergitutma obyekti olacaq
Ən çox oxunanlar
“Azərbaycan Sənaye Sığorta” 1,5 milyon manatlıq zərərdən mənfəətə çıxıb – Sığorta haqları 20% azalıb
“Atəşgah Həyat”ın mənfəəti 55% artıb, sığorta ödənişləri 88 milyon manata yaxınlaşıb
SOCAR-ın Türkiyəyə investisiyaları STAR NEZ-dəki yeni layihədən sonra 20 milyard dollara çatacaq
“Atəşgah Sığorta”nın yığımları 41% artıb, mənfəəti azalıb
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!

























