Əlavə banklar bağlanacaq? - PALATADAN AÇIQLAMA
Palata: bankların defoltu ilə bağlı təhdidlər mövcud deyil
"Mövcud situasiyada sektorda fəaliyyət göstərən bankların defoltu ilə bağlı təhdidlər mövcud deyil, “Bank of Baku”, “AG Bank” və “Bank Respublika”nın bağlanacağı gözlənilmir".
Bu barədə “Marja”nın sorğularına cavabında Maliyyə Bazarlarına Nəzarət Palatası bildirib.
(Yuxarıda adı çəkilən və çəkilməyən bir neçə bankın bağlanacağı mətbuatda və soaial şəbəkələrdə müzakirə olunurdu)
Qeyd edilib ki, hədəf bankları bağlamaq deyil, inkişaf etdirməkdir:
“Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) fəaliyyətə başladığı dövrə 17 bank məcmu kapital tələbinə cavab vermirdi. Bankların kapitallaşması məqsədi ilə Palata tərəfindən xüsusi kapitallaşma planı tərtib edildi. Kapital artımını təmin edə bilməyən və potensialı olmayan 5 bankın lisenziyası 2016-cı ildə geri çağırıldı və beləliklə lisenziyası ləğv edilən bankların sayı 11 oldu. 2017-ci ilin 23 dekabr tarixində kapital tələblərinə cavab verməyən “DəmirBank” ASC-nin bank lisenziyası ləğv edildi. Eyni zamanda, kapitallaşma proqramında olan banklar tərəfindən 2016-cı ildən bugünədək 1.2 mlrd. manat həcmində kapital investisiyası edilmişdir. Azərbaycan Beynəlxalq Bankı nəzərə alınmadan səhmdarları tərəfindən kapital artımı 0.6 mlrd. manat həcmindədir".
"SEKTORUN KAPİTALLAŞMASI YEKUNLAŞIR"
Palata bəyan edir ki, sektorun kapitallaşması yekunlaşma mərhələsindədir və kapitallaşma prosesi planauyğun gedir: "Banklardan tələb olunan kapital isə onların yalnız minimum tələblərinin yerinə yetirilməsi deyil, daha uzunmüddətli dövrdə baş verə biləcək risklərə qarşı da adekvat kapital buferinin təmin edilməsini nəzərdə tutub”.
İKİ AYDA 68 MİLYONLUQ İNYEKSİYA OLUNUB, 384 MİLYONLUQ MÜRACİƏT VAR
Palata vurğulayıb ki, hazırda fəaliyyət göstərən bankların kapital mövqeyi sabitdir və kapitallaşma proqramının icrasına ciddi nəzarət olunur:
“Səhmdarlar tərəfindən bankların uzunmüddətli dövrdə dayanıqlığının təmin edilməsi üçün isə əlavə kapital inyeksiyaları təmin edilir. Təkcə son iki ay ərzində kapital inyeksiyalarının həcmi 68 mln. manat təşkil edib. Bundan əlavə, bankların səhmdarları tərəfindən 384 mln. manat həcmində səhm buraxılışı ilə bağlı Palataya müraciət olunub. Bu istiqamətdə proseslər artıq yekunlaşmaq üzrədir. Beləliklə, mövcud situasiyada sektorda fəaliyyət göstərən bankların defoltu ilə bağlı təhdidlər mövcud deyil”.
Qeyd olunub ki, maliyyə bazarlarının səmərəli fəaliyyətini və dayanıqlığını təmin etmək, kreditorların, sığortalıların, investorların və maliyyə bazarlarının digər istehlakçılarının hüquqlarını qorunması istiqamətində tənzimləmə çərçivəsinin müəyyən edilməsi və daimi nəzarət tədbirlərinin həyata keçirilməsi Palatanın əsas vəzifələrindəndir. Bu çərçivədə, bankların fəaliyyətinə nəzarət rejimi, habelə risklərin qarşısının alınması və preventiv tədbirlərin müəyyən edilməsi Palata daxilində daimi müzakirə mövzularıdır.
“Bankların fəaliyyətinə nəzarət gücləndirilmiş, risklərin qarşısının alınması üçün maliyyə sabitliyinə nəzarət tədbirləri həyata keçirilmişdir. Prudensial tələblərin pozulmasının qarşısının alınması məqsədi ilə banklara qarşı təshih tədbirləri tətbiq edilməsi Palatanın nəzarət alətlərindən biridir”.
Palatdan bildirilib ki, 2017-ci ildə sektorun sağlamlaşması istiqamətində Azərbaycan Beynəlxalq Bankı ilə bağlı işlərin tamamlanması xüsusi qeyd olunmalıdır. Bu istiqamətdə toksik aktivlərin ötürülməsi işləri yekun fazadadır. Bundan əlavə, bankın xarici borc öhdəliklərinin könüllü restrukturizasiyası ilə bağlı 2017-ci ilin may ayında başlamış proses sentyabr ayında uğurla tamamlanmışdır. Əlavə olaraq banka 0.6 mlrd. manat həcmində kapital inyeksiya edilmişdir. 2018-ci ildə isə bankın özəlləşdirilməsi ilə bağlı proseslərin tamamlanması nəzərdə tutulur.
Digər bankların 2017-ci ildə kapital inyeksiyalarının həcmi isə 280 mln. manat təşkil edib. Bundan əlavə, CDB və AtaBankın konsolidasiyası prosesi tamamlanmışdır.
ƏMANƏTLƏRİN KOMPENSASİYA ÜÇÜN 1,3 MİLYARD VƏSAİT VAR
2017-ci ildə, həmçinin Əmanətlərin Sığortalanması Fondunun 1.3 mlrd. manat həcmində kapitallaşdırılmışdır ki, bu da əhalinin kompensasiya olunmuş öhdəlikləri ilə bağlı ödənişlərinin tam yerinə yetirilməsini təmin edir.
"2018-ci ildə bank sektorunun sağlamlaşdırılması proseslərinin tamamlanması, habelə uzunmüddətli dövrdə dayanıqlığının artırılması ilə bağlı tənzimləmə və nəzarət rejiminə müvafiq dəyişikliklərin edilməsi planlaşdırılır. Bu əsnada, Bazel II/III-ə mərhələli şəkildə keçid prosesinin davam etdirilməsi, konsolidasiya edilmiş nəzarətin tətbiqi ilə bağlı işlər aparılacaqdır.
Bütövlükdə, hesab edirik ki, 2017-ci ildə qeyri-neft ÜDM-in artın dinamikası, habelə bu trendin 2018-ci ildə də davam etməsi ilə bağlı Hökümət və beynəlxalq maliyyə qurumlarının artım proqnozları bank sektoruna da müsbət təsir göstərəcəkdir. Eyni zamanda, Strateji Yol Xəritəsinə əsasən 2018-ci ildə bankların maliyyə xidmələrinə çıxış imkanlarının genişləndirilməsi, rəqəmsalbankçılığın və banklararası pul bazarının inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Manatın məzənnəsinin stabiləşməsi fonunda milli valyutaya inamın bərpası və əmanətlərin dedollarlaşması üzrə mövcud meyllərinin 2018-ci ildə də davam edəcəyi gözlənilir",- Palata bildirib.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
20 d. əvvəl
Tarixdə ən böyük müdaxilə - Rekord həcmdə fövqəladə neft ehtiyatlarından istifadə təsdiqləndi
-
-
3 saat əvvəl
"Yevlax Yük Avtonəqliyyat" və "Ucar İnşaat Xidmət" ASC-lərin səhm paketləri özəlləşdirilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
-
7 saat əvvəl
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda Çinin “iSoftStone” şirkəti ilə "kompüter və elektron avadanlıqlar istehsalına dəstək" müzakirə olunub
Naxçıvanda Azərbaycanın əsas hissəsilə quru əlaqəsini təmin edəcək xəttin yenidən qurulması davam edir
Ən çox oxunanlar
Müsahibədə özünüz haqqında düzgün danışmaq və işə qəbul olmaq
Naxçıvanda ticarət mərkəzi inşa edilir - Gündəlik 1000 nəfərdən çox ziyarətçi qəbul edə biləcək
Putin Əliyevə zəng edib, minnətdarlığını bildirib
Özəl qurumlar arasında ilk İlkin Kütləvi Təklif üzrə 3 broker şirkətilə saziş imzalandı
Yeni nəsil kassa aparatları ilk 2 ayda 4,5 milyard manatlıq dövriyyəni qeydə alıb - 16 FAİZDƏN ÇOX ARTIM
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artmaqda davam edib
18% gəlir təklif edən istiqrazlar ticarətə buraxılır - TARİX
Martın 12-də gözlənilən hava şəraiti - 12° isti olacaq



















