“Bank Respublika” çoxsaylı yeniliklər ilə 2017-ni başa vurur
Nefin ucuzlaşması və devalvasiyalardan sonra iqtisadiyyatda, o cümlədən bank sektorunda problemlər yaşandı. 2015 və 2016-ci illər banklar üçün daha ağır keçdi: problemli kreditlər artdı və bu səbəbdən banklar kapitallarının bir hissəsini itirdilər, eyni zamanda, verilən kreditlər azaldı və s. 2017-ci il isə mənfi proseslərin səngidiyi, növbəti illərdəki inkişafların təməlinin qoyulduğu il kimi yadda qaldı.
Devalvasiyalardan sonra bank sektorunda “ölümcül xəstəlik” yayılmağa başladı. 12 bank dünyadan köçsə də, bir sıra banklar kimi “Bank Respublika” da zərərlərə baxmayaraq ruhdan düşmədi, xəstəliyə qarşı mübarizəyə başladı.
Bu il 25 illiyini qeyd edən “Bank Respublika" il ərzində öz müştərilərini bir sıra yenilik və nailiyyətləri ilə sevindirə bildi.
Belə ki, il ərzində hər bir müştərinin maraqlarını düşünərək plastik kartlar, nağd və mikro kredit məhsulları üzrə, sahibkarlıqla məşqul olanlar üçün isə bu yaxınlarda özəl “Xoş Gəldin” kampaniyasına start verilmişdir.
Hal-hazırda isə bankın müştəriləri Mikro Kredit və Nağd Kredit üzrə öz yeni il hədiyyələri seçib əldə edə bilərlər. “Xoş gəldin” kampaniyası çərçivəsində yeni əməkdaşlığa başlanmış müştərilər üçün bütün əməliyyat xidmətləri ilin sonunadək pulsuzdur.
Elektron Bankçılıqda Lider bank!
İlin əvvəlində Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən ölkədə nağdsız ödənişlərin təşviqi və stimullaşdırılması məqsədilə keçirilən tədbirdə Bank Respublika “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında 1-ci yerə layiq görüldü.
Müştərilərə daha operativ və əlverişli xidmət növlərinin göstərilməsi məqsədilə Bank Respublika elektron bankçılıq sahəsində yeni layihələr üzərində çalışır.
İstifadəyə verildikdən sonra qısa müddət ərzində müştərilərin rəğbətini qazanmış Mobil Şöbə xidmətinə bir sıra yeniliklər əlavə edildi. Artıq bu əlavəyə banka gəlmədən də qoşulmaq olar və elə buradan “Mobil Vizit” xidmətindən istifadə etməklə banka ziyarətinizi əvvəlcədən rezerv edə bilərsiniz. Bundan başqa, “Vektor” ölkədaxili pulköçürmə sistemi və ipoteka ilə cərimələrin ödənişləri funskiyası da Mobil Şöbəyə əlavə olundu.
Bu yaxınlarda Bank Respublika hüquqi şəxslər və fərdi sahibkarlar üçün Mobil Ofis – yeni mobil əlavəsini istifadəyə verdi. Bu xidmət üzərindən bankın müştərisi olan hüquqi şəxslər öz hesablarına banka gəlmədən bu əlavə üzərindən nəzarət edə biləcəklər.
Yeni kart məhsulları təqdim edilmişdir
Premium kateqosiyasına aid olan MasterCard Black Edition məhz bu il bank tərəfindən təqdim olunmuşdur. Bu kart bir sıra üstünlük və imtiyazlarla yanaşı müştərilər üçün xüsusi konsyerj servis imkanlarından faydalanmaq imkanı yaradır.
Kredit xəttli kart müştəriləri də bu ildən etibarən dəbdə olan 45 gün güzəştli kart məhsulundan yenidən istifadə edə bildilər.
Pul Köçürmələri xidmətləri genişləndi
Pulköçürmə xidməti üzrə müştərilərin çoxdan gözlədiyi sistemlə əməkdaşlıq yenidən quruldu. Cari ilin oktyabr ayından etibarən bank Zolotaya Korona köçürmə sistemi ilə əməkdaşlığını bərpa edib və bütün filiallar üzrə fəaliyyət göstərir.
Bank öz dayanılığını möhkəmləndirir
Bir neçə gün oncə isə Bank Respublika-nın səhmdarları tərəfindən nizamnamə kapitalının daha 10 milyon manat məbləğində artırılmasına razılıq verdikləri haqda məlumat verildi. Bankdan bildirdilər ki, nizamnamə kapitalının artırılmasında başlıca məqsəd bankı əlavə kapitalla təmin etməklə, bankın dayanıqlı və sabit inkişafını təmin etməkdir.
Müştərilərin xəbərləri
ABB Invest ABB mobile-ın investisiya bölməsini yenilədi: yeni dizayn və funksiyalar istifadəyə verdi
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 həftə sonra
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
-
6 gün sonra
Daha ağıllı, daha sürətli və daha yaxşı ticarət edin - Hesabınızı açın
-
-
1 gün sonra
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
-
1 saat əvvəl
Zaqatala üçün yeni ticarət mərkəzi layihəsi hazırlanıb - "ZAQATALA MALL"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell süni intellekt sahəsində qlobal tərəfdaşlıqlarını genişləndirir
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Qızıl girovunun bazar dəyərinin 75%-dək nisbəti ilə Lombard krediti
Lombard krediti illik 7% endirimlə - 15 avqustadək kampaniya
Müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Mikayıl Cabbarov Çin şirkətinin prezidenti ilə görüşüb
Aktivləri 280% artan lombardın mənfəəti geriləyib
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycan Neft Fondunun portfelində istiqrazlar qızılı üstələyib
"AccessBank" tender elan edir
Avropa İttifaqı "Google"u 1 milyard dollar cərimələyib








.webp)










