Azər Türk Bank, Hacı Zeynalabdin Tağıyevin yolu ilə gedir
Dövlət bankı Azər Türk Bank hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə korporativ müştərilərin hədiyyələrlə təbriki üçün nəzərdə tutulmuş büdcə hesabına, müxtəlif universitetlərin SABAH qrupları və ASAN Xidmət könüllülərinin də daxil olduğu 11 nəfər üçüncü kursda oxuyan, tədrisdə yüksək nəticələr əldə etmiş tələbənin bir illik təhsil haqqının ödənilməsi barədə qərar vermişdir.
Xatırladaq ki, bu ilin Novruz bayramında Azər Türk Bank 10 tələbənin bir illik təhsil haqqını ödəmişdir.
Qeyd edək ki, “SABAH” Karyera Akademiyası ilk “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən on bir ali təhsil müəsisəsində yaradılıb.
Layihə “SABAH” Karyera Akademiyasının rəsmi tərəfdaşı olan dövlət bankı “Azər Türk Bank”ın təşəbbüsü ilə həyata keçirilir.
Azər Türk Bank hər zaman olduğu kimi bu istiqamətdə işləri gələcəkdə də davam etdirəcək, sosial yönümlü layihələrin gerçəkləşdirilməsində yenə də fəal iştirak edəcəkdir.
22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Müştərilərin xəbərləri
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
4 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 27 d. əvvəl
-
32 d. əvvəl
Qubada alma istehsalı kəskin azalıb – Fermerlər minlərlə manat ziyana düşüblər
-
33 d. əvvəl
“Toyota” və “Google”un şirkəti sürücüsüz taksilər istehsal edəcək – Razılaşma əldə olunub
- 1 saat əvvəl
-
17 saat əvvəl
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
-
17 saat əvvəl
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt”
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Ən çox oxunanlar
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
KPMG beynəlxalq reytinqdə lider oldu – Rəhbərlərin 58 faizi şirkətin daha çox dəyər yaratdığını bildirir
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib ®
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

























