Kreditlərə zəmanət və subsidiyanın şərtləri - AÇIQLANDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və hesablanmış faizlərə görə subsidiya verilməsi qaydalarını təsdiq edib.
Bu barədə "Marja"ya şərh verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bildirib ki, Azərbaycan sahibkarlarının kredit almaq imkanları daha da genişlənib. Yeni qaydalara əsasən əlverişli kredit üçün sadə mexanizm qurulub.
Belə ki, ilk növbədə borcalan kredit sifarişi ilə müvəkkil banka müraciət edir. Sonra bank təhlil aparır və əgər münasibdirsə zəmanət üçün Kredit Zəmanət Fonduna müraciət edir. 200 min manat və ondan aşağı məbləğdə olan zəmanətin verilməsi üzrə 3 iş günü, 200 min manatdan yuxarı olan məbləğdə isə 10 iş günü ərzində qərar qəbul edilir.
Departament rəhbəri Ayaza Çaparlı deyir ki, zəmanət almaq üçün Kredit Zəmanət Fondu və müvəkkil banklar arasında çərçivə müqaviləsi bağlanılır. Zəmanət yalnız Azərbaycanın qeyri-neft sektorunda olan sahibkarların öhdəlikləri üzrə verilir. Bundan əlavə, zəmanət veriləcək kreditlər aşağıdakı tələblərə cavab verməlidir:
- Kreditin məbləği 30 000 (otuz min) manatdan az olmamalı;
- Bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun bütün müvəkkil banklar üzrə zəmanət verilən cəmi kreditlərinin məbləği 3 000 000 (üç milyon) manatdan çox olmamalı;
- Kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;
- Kredit xəttinin müddəti 12 (on iki) aydan artıq olmamalı;
- Kredit üzrə güzəşt müddəti 2 (iki) ildən artıq olmamalı;
- Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi məqsədilə alınmış kreditlərin müddəti 2 (iki) ildən artıq olmamalı.
Qeyd etmək vacibdir ki, zəmanət kreditin yalnız əsas borcu üzrə verilir və bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az və 75%-dən çox olmamalıdır. Həmçinin, bir borcalan üzrə bir zəmanətin aşağı həddi 15 000 (on beş min) manat, bütün zəmanətlərin yuxarı həddi isə 500 000 (beş yüz min) manat məbləğində olmalıdır.
Yeni fəaliyyətə başlayan sahibkarların kreditləri üzrə zəmanət maliyyələşdirilməli olan layihənin ümumi dəyərinin minimum 25%-i həcmində vəsaiti borcalanın müvəkkil bankdakı hesaba mədaxil etməsi və ya borcalanın layihə üzrə xərclədiyi vəsaitlərin layihənin ümumi məbləğinin minimum 25%-ini təşkil etməsi (ödəniş sənədləri ilə təsdiq olunduqda) halında verilir. Eyni zamanda, zəmanət verilmiş kredit vəsaitlərindən borcalan yalnız təyinatına uyğun və nağdsız qaydada istifadə etməlidir.
A.Çaparlının əlavə edib ki, Kredit Zəmanət Fondu sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə də subsidiya da verəcək. Subsidiyasının verilməsi üçün müvəkkil bankın müraciəti Kredit Zəmanət Fonduna zəmanət alınması ilə bağlı tələb olunan sənədlərlə eyni vaxtda təqdim edilir. Sözügedən faiz subsidiyası illik faiz dərəcəsi 20%-dən çox olmayan kreditlər üçün verilir və faiz subsidiyası kreditin faiz dərəcəsinin azı 6 faiz bəndini borcalanın ödəməsi şərtilə aşağıdakı hədlərdə verilir:
- Müddəti 3 (üç) il və ondan az olan kreditlər üçün – illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında;
- Müddəti 3 (üç) ildən artıq olan kreditlər üçün – illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı bildirib ki, müddəti üç ildən artıq olan kreditlər üçün faiz subsidiyası yalnız 3 il müddətində verilir.
“Burada qeyd etmək lazımdır ki, subsidiya dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Kredit Zəmanət Fondu sahibkarlıq subyektlərində monitorinq sistemi quracaq. Monitorinqin başlamasından ən azı 3 (üç) iş günü əvvəl sahibkarlıq subyekti və müvəkkil banka monitorinq barədə məlumat verilir. Prezident İlham Əliyev tərəfindən Kredit Zəmanət Fondunun yaradılması real sektorla maliyyə sektoru arasındakı iqtisadi tarazlığın bərpa olunması, maliyyə risklərinin bölünməsi, bankların dayanıqlığının və real sektora maliyyə axınının gücləndirilməsi, əks-dollarlaşmanın stimullaşdırılması və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə nail olmaq üçün mühüm bir addımdır. Bu maliyyə inklüzivliyinin artırılması, sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə xidmətləri ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Ölkədə maliyyə inklüzivliyinin artımına nail olunması iqtisadi fəaliyyətin dəstəklənməsinə, sahibkarlığın inkişafına, məşğulluğun yaxşılaşdırılmasına da əlavə dəstək verəcək.”
Qeyd edək ki, Kredit Zəmanət Fondunun yaradılması “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə öz əksini tapmış islahatlardan biridir. Belə ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan kompleks iqtisadi islahatların növbəti mühüm tədbiri qeyri-neft sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması üçün münbit şərait yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti

























