"Bank Standard"la bağlı Avropa Məhkəməsinə qədər gedə bilərik"
Ləğv prosesində olan "Bank Standard"ın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənovla müsahibə:
- Əkrəm müəllim, ləğv prosesində olan "Bank Standard"da Kreditorlar Komitəsinin yaradılmasından və sizin ona rəhbərlik etiməyinizdən yarım ildən artıq vaxt keçir. Bu müddətdə Komitə nəyə nail ola bilib?
- İlk növbədə belə bir Komitənin yaradılması Azərbaycan tarixində ilk haldır. Maraqlıdır ki, maliyyə vəziyyəti "Bank Standard"la oxşar, yəni pis olan digər bağlanmış banklarda, məsələn "Texnika Bank", "Zamin Bank" və "Bank of Azerbaijan"da Kreditorlar Komitəsi yaradılmayıb. Bu, onu göstərir ki, Komitənin fəaliyyəti Azərbaycan Əmanətlərin Sığortalanması Fondunu (ADIF) narahat edir və Fond həmin banklarda Kreditorlar Komitəsi yaratmağa cürət etmir.
Hesab edirəm ki, ən böyük nailiyyətimiz "Bank Standard"ın ləğvini həyata keçirən məhkəmənin Kreditorlar Komitəsini 3-cü şəxs qismində bu prosesə cəlb etməsi olub. Bu, ləğvetməni nəzarət altında saxlamağa imkan verib. Artıq Banka borcu olan şəxslərin siyahısı məndə var və mən ordan müəyyən etmişən ki, kreditlərin az qala yarısı faizsiz verilib.
- Bu necə ola bilər? Bəlkə "Bank Standard" həmin kreditləri verərkən, böyük məbləğdə komisyon haqqı alıb və buna görə faizsiz rəsmiləşdirib? Bankların ara-sıra belə belə aksiyaları, kampaniyaları olur.
- Belə aksiyalar, kampaniyalar adətən qısamüddətli, kartla verilən kreditlərlə bağlı olur. Burada söhbət 5-10 milyon manatlıq kreditlərin uzun müddətə, faizsiz verilməsindən gedir. Ümid edirəm ki, həmin şəxslərə qarşı məhkəmə proseslərinin iştirakçısı olacağıq.
Kreditorlar Komitəsinin daha bir nailiyyəti olub. Biz ADIF-i məcbur etdik ki, bütün müflis bankların əmlaklarını açıq hərrac yolu ilə satmağa razılaşsın. Buna Fondun əvvəlki rəhbəri Azad Cavadovun vaxtında nail olunub. Kreditorlar Komitəsi də hərracda iştirak edəcək və mümkün qanunsuz halların qarşısını alacaq.
Ümumiyyətlə isə mən hesab edirəm ki, kreditorların birləşməsi faktının özü müsbətdir. Birgə fəaliyyət nəticəsində "Bank Standard"ın ləğvi prosesi nəzarət altına alınıb. Sual oluna bilər ki, bu, effekt verəcək ya yox? Mən əminəm ki, nəticəsi olacaq. Ən azı vətəndaşlar pullarını tam da olmasa, qismən alacaqlar. Ən pis halda dövlət başçısı bizə kömək edəcək və bu qədər insan pulsuz qalmayacaq.
ADIF-in icraçı direktorunun müavini Vüqar Abdullayev deyir ki, hüquq-mühafizə orqanlarına - Baş Prokurorluğa 600 milyon manatlıq iş göndərilib. İndiyə qədər Baş Prokurorluq "Bank Standard"dan kredit götürüb qaytarmamış 2-3 nəfər nəfər barədə məlumat yayıb, müəyyən tədbirlər görüb. Amma məndəki siyahıya əsasən deyə bilərəm ki, həmin adamlar iri borcalanlar deyil. Daha böyük məbləğdə və 0%-lə kredit götürənlər var. Bəlkə də, hələ hansısa işlər gedir, kifayət qədər məlumat vermirlər. Bununla belə, mən hesab edirəm ki, 1 il kifayət qədər uzun müddətdir və buna görə də, Kreditorlar Komitəsi "Bank Standard"la bağlı Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət etməyə qərar verib. Bir tərəfdən "Bank Standard"a borcu olan şəxslər bu müddətdə cəmi 50 milyon manat ödəniş ediblər. Digər tərəfdən faizsiz kredit verilməsi şübhə yaradır. Bəlkə, hansısa terrorçular çirkli pulların yuyulması ilə məşğuldur, ölkədən pul çıxarırlar? Yəni, bu, artıq Baş Prokurorluğun işi deyil və DTX bu məsələyə qarışmalıdır.
- Kreditorlar Komitəsinin son iclasında bəyan etdiniz ki, "Bank Standard"ın kreditorlarının Bankdakı pulunu ADIF-dən əvvəl götürməsi, yəni bu məsələdə növbəliliyin dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlamısınız. Layihə Milli Məclisdə qəbul olunsa belə, ondan "Bank Standard"ın kreditorları necə faydalanacaqlar? Axı qanunun geriyə qüvvəsi yoxdur.
- Qanun layihəsində qeyd olunub ki, onun qüvvəyə minmə tarixi 1 mart 2016-cı il olsun və Azərbaycanda qanun geriyə qüvvəsi ilə bağlı təcrübə var. Məsələn, əmanət faizlərinin vergidən azad edilməsi ilə bağlı qanun 2016-cı ilin mart ayında dərc olunmuşdu, amma həmin il fevralın 1-dən qüvvədə idi. Hesab edirəm ki, bu məsələdə də həmin hal təkrarlana bilər.
- "Bank Standard"la bağlı məsələnin Azərbaycan məhkəmələrindən də o tərəfə çıxması, məsələn, Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) qədər uzanması ehtimalı, perspektivi varmı?
- Bu da mümkündür. Çünki, söhbət vətəndaşların mülkiyyət hüququndan gedir. Mən ümid edirəm ki, iş ora qədər uzanmayacaq. Amma eyni zamanda istisna etmirəm ki, "Bank Standard"ın kreditorlarından kimsə AİHM-ə müraciət hüququndan istifadə etməyəcək. Bankla bağlı ora qədər gedə bilərik.
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
11 saat əvvəl
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
-
13 saat əvvəl
Mərkəzi Bank BOKT-ların öhdəliklərinin kapitala nisbətini 3 hədd üzrə müəyyən edib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
16 saat əvvəl
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
1 gün əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
1 gün əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
1 gün əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır
Sentyabrın 13-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin qiyməti 120 dolları keçib
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Ən çox oxunanlar
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
























