“AccessBank-ın Marketinq departamenti 2018-ci ilə hazırdır”

Bu dəfə sullarımızı AccessBank-ın Marketinq departamentinin rəhbəri Günay Cəlilova cavablandırıb.
O, Bankın bu ilki nəticələrindən tutmuş, keçirilən kampaniyalar, kampaniyaları hazırlayarkən nələrə fikir verdiklərini, həmçinin AccessBank-ın 2018-ci il üçün planlarından məlumat verdi.
-2017-ci ilin sonuna gəlirik. AccessBank-ın Marketinq Departamenti üçün 2017-ci il necə keçdi?
Bu il bizim üçün çox əhəmiyyətli il idi, çünki Bankımızın 15 ili tamam oldu. İl ərzində müştərilərimizə yeni xidmətlər təklif etdik və bir çox kampaniyalar həyata keçirdik. Rəqəmsal dövrün nəbzini tutaraq, Bankımız istifadədə olduqca rahat olan “myAccess Mobile” əlavəsini müştərilərə təqdim etdi və, həmçinin, onlayn bankinq xidmətinə bir çox yeni funksiyalar əlavə etdi. İlin əvvəlində korporativ müştərilərin tələbatlarına cavab verən və onların nağdsız hesablaşmalarını asanlaşdırmaq məqsədilə yeni kampaniyaya başladıq. Yay aylarında 15 illiyimizə hərs olunmuş kredit, əmanət və plastik kartlarla bağlı müxtəlif kampaniyalar keçirdik. Kampaniyaların uğurlu nəticələrini portfel və müştəri sayının artımında, eləcə də müştəri məmuniyyətində müşahidə etdik. Yeri gəlmişkən, təzəlikcə yeni “Hər tərəfdən sərfəli!” kampaniyasına başladıq. Bu kampaniya çərçivəsində müştərilər Visa və Mastercard ödəniş kartlarımızı 50% endirimlə əldə edə bilər, eləcə də nağdsız əməliyyatlar edərək iPhone X qazana bilərlər.
-Hansı kampaniyaları uğurlu saya bilərsiniz?
Qeyd etdiyim kimi, il ərzində bir neçə kampaniya keçirdik, bunlardan bəziləri hələ də davam edir. Bütün kampaniyaları uğurlu hesab etmək olar. Xüsusilə, sahibkarlar üçün nəzərdə tutulmuş “Biznesə 5D”, kreditlərlə bağlı “15=12” adlı və ödəniş kartları ilə bağlı “Bu yay üzünüzə güləcək” adlı kampaniyalarını qeyd etmək istərdim.
“Biznesə 5D” kampaniyası ilə zamanın nəbzini tutaraq iş adamlarına 5 məhsul və xidməti pulsuz təklif edərək dəstək olduq. “15=12” kampaniyası çərçivəsində müştərilər 15 aylıq kredit götürüb, 12 ay üzrə faizi ödəmək imkanı qazandılar. “Bu yay üzünüzə güləcək” lotereyası ilə bir daha nağdsız ödənişlərin inkişafına töhfə verdik, müştərilərimiz isə maraqlı hədiyyələr əldə etdilər.
-Marketinq kampaniyaları hazırlayarkən nələrə fikir verirsiniz?
Kampaniyaları hazırlayarkən ilk öncə bazarın tələbatını və Bankın biznes məqsədlərini nəzərə alırıq. Bunun üçün bazarın və məhsulların təhlilini, müştərilərin tələbatları və gözləntiləri üzrə araşdırma aparırıq, eləcə də bençmarkinq edirik. Əlbəttə ki, Bankın öz daxili resurları baxımından (texnoloji, insan və s.) imkanlarını da nəzərə alırıq. Bundan başqa, kampaniyanın təşviqi üçün əvvəlcədən ən effektiv kommunikasiya kanallarını seçirik - bu, kampaniyanın məqsədindən və hədəf müştəri seqmentindən asılı olaraq fərqli reklam kanalları ola bilər (sosial şəbəkələr, radio, televiziya, birbaşa marketinq, bilbordlar və s.). Çalışırıq ki, kommunikasiyamız müştərilərə aydın və maraqlı olsun, bunu kampaniyanın konsepsiyasını hazırlayarkən ilk növbədə düşünürük.
KSM sahəsində AccessBank həmişə aktiv olub, bu il hansı layihələr olub?
Doğrudur, Bankımız üçün korporativ sosial məsuliyyət üzrə layihələr hər zaman önəmli olub, 15 il ərzində cəmiyyətimizə müsbət töhfə verən 200-ə yaxın sosial layihə həyata keçirmişik. Bu il ərzində də bir sıra sosial layihələrimiz olub. Bir neçə layihəni xüsusilə qeyd etmək istərdim. İlin əvvəlində başladığımız “Qayğıkeş Ana” adlı layihə çərçivəsində insanlara bir çox faydalı məsləhətlər verən virtual obrazı yaratdıq. NFS (Non-Financial Services) layihəsi çərçivəsində sahibkarlara qeyri-maliyyə xidmətləri göstərməklə onların malıyyə savadlılığının artırılmasına dəstək olduq. Ayrıca Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı dəstək olduğumuz “Səsli kitablar” layihəsini qeyd etmək istərdim. Bu “danışan” kitablar görmə qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasına yardım etməsi üçün hazırlanmışdır. Bu ilin sonunadək cəmiyyət üçün faydalı bir neçə sosial layihələr keçirməyi planlaşdırırıq.
-Sizin bank media nümayəndələri arasında çox sevilir. Bunun üçün nələr edirsiniz?
Biz media nümayəndələrini özümüzə dost hesab edirik. Çünki, məhz onların sayəsində bank haqqında xəbərləri, kampaniyaları ictimaiyyətə çatdıra bilirik. Biz hər zaman onların suallarını cavabsız qoymamağa çalışırıq. İşdən əlavə onlarla görüşlər keçiririk, onları maraqlandıran sahələr üzrə müxtəlif mövzulu treyninqlər təşkil edirik. Hesab edirəm ki, AccessBank-ın bu qədər tanınmasında və cəmiyyət arasında yaxşı qarşılanmasında məhz onların rolu çox böyükdür.
-Rəqəmsal marketinq sahəsində nələr edirsiniz?
Son illərin trendi olan rəqəmsal marketinq bank sahəsində getdikcə daha da aktuallaşır. Məsələn, onlayn satışları artırmaq və istifadəçilər üçün daha rahat etmək məqsədilə veb səhifəmizin yenilənməsi üzərində işləyirik. Müştərilərlə effektiv kommunikasiya yaratmaq üçün rəqəmsal marketinqin demək olar ki, bütün alətlərindən istifadə edirik. Bundan əlavə, sosial şəbəkələrdə aktiv və maraqlı olmağa çalışırıq. Bunun nəticəsi olaraq Facebook sosial şəbəkəsində keçirilmiş müsabiqədə “Ən Sevimli Bank” adına layiq görüldük.
-Sizcə müştərilər niyə AccessBank-ı seçir?
Son illərdə əhali arasında AccessBank-ın bir brend kimi necə tanınılmasını öyrənmək üçün bir neçə araşdırma keçirmişdik və nəticə olaraq deyə bilərəm ki, Bankımız bazarda və əhali arasında yüksək idarəetmə standartları, şəffaflıq və peşəkar işçi heyəti ilə tanınılır. Sadə bir misal olaraq deyə bilərəm ki, bizim müştəri xidmətlərində çalışan hər bir əməkdaşımız müştərilərə müxtəlif bank xidmətləri göstərərək onların hərtərəfli bank məsləhətçisi kimi çıxış edir.
-Bankın gələn il üçün marketinq planları nədən ibarətdir?
Bu il olduğu kimi, gələn il də Marketinq departamenti olaraq Bankın bütün biznes istiqamətlərinə dəstək olacayıq. Bunu təkcə yeni kampaniyalarla deyil, həm də onlayn satış kanallarının da gücləndirilməsi sayəsində həyata keçirəcəyik. İrəli gedərək gələn ilin bir neçə prioritet sahələrini qeyd edə bilərəm. Məsələn, onlayn bankinq xidməti, ödəniş kartları və əlbəttə ki, biznesimizin əsas istiqamətlərindən olan kredit məhsulları üzrə təşviqat (promoşn) işləri planlaşdırılır. Sözsüz ki, planlarımızı bazarın konyukturasında baş verəcək dəyişikliklərə uyğunlaşdıracayıq. Rəqəmsal marketinq üzrə də, xüsusilə də müştərilərlə effektiv kommunikasiya istiqamətində maraqlı layihələrimiz olacaq. Odur ki, AccessBank-ın Marketinq Departamenti 2018-ci il üçün hazırdır!
© Fins
Müştərilərin xəbərləri

"AS Group" və "BI Group" şirkətləri "4You Baku" premium yaşayış kompleksini ictimaiyyətə təqdim etdilər

Türkiyənin premium qapı-pəncərə profili istehsalçısı “Asistal”ın Azərbaycanda rəsmi nümayəndəliyi açıldı
SON XƏBƏRLƏR
-
1 gün sonra
Yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur
-
20 d. əvvəl
Azərbaycanın su mühəndisliyi şirkəti Almaniya şirkətilə anlaşıb
- 57 d. əvvəl
-
-
58 d. əvvəl
Kazino oyunlarında iştirakla bağlı mənafelər sığorta obyekti ola bilməz
-
1 saat əvvəl
Kazino oyunlarının keçirilməsinə görə çox böyük məbləğdə dövlət rüsumu müəyyənləşir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dənizkənarı Bulvar İdarəsi 3 milyon manatdan çox xalis mənfəət əldə edib
-
3 saat əvvəl
"OneX" məişət əşyaları markası Azərbaycanda - TƏQDİMATI KEÇİRİLDİ
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bank Respublika qan donorluğunda fəal iştiraka görə təltif olundu!
-
4 saat əvvəl
“OBA” marketlər şəbəkəsi dünyanın tanınmış təşkilatına üzv oldu
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni açılacaq supermarketə 6 vəzifə üzrə işçilər tələb olunur

Azərbaycanın su mühəndisliyi şirkəti Almaniya şirkətilə anlaşıb

Kazino oyunlarında müştəri uyğunluğu tədbirləri görüləcək

Sabahın hava proqnozu

"OneX" məişət əşyaları markası Azərbaycanda - TƏQDİMATI KEÇİRİLDİ

Unicapital yüksəlişdə: xalis mənfəət 55% artıb
Ən çox oxunanlar

Bank Respublika qan donorluğunda fəal iştiraka görə təltif olundu!

“OBA” marketlər şəbəkəsi dünyanın tanınmış təşkilatına üzv oldu

Naxçıvanda yeni qurum yaradılıb, rəis təyin olunub

"AS Group" və "BI Group" şirkətləri "4You Baku" premium yaşayış kompleksini ictimaiyyətə təqdim etdilər

Bank BTB-də yeni təyinat olub

Avtomobil lizinqi şirkətinin gəlir və mənfəətində sıçrayış baş verib

Azərbaycan neftinin son qiyməti

Bu gün 6-cı “Yerli Şirkətlərin Tanıtım Sərgisi” başlayır
