Beynəlxalq Bankdan hədiyyə kuponları
"Nargis Fund" və "Amapola Exclusive Events" şirkətinin təşkil etdiyi "Soyuq əllər, isti ürək" Yeni il Xeyriyyə Yarmarkasında sponsor qismində iştirak edən Azərbaycan Beynəlxalq Bankı bu layihə çərçivəsində öz müştərilərinə müəyyən güzəştlər hazırlayıb.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, fevralın 15-ə qədər müştərilər Bankın bəzi pərakəndə məhsullarını güzəştli şərtlərlə əldə edə bilərlər. Müştərilər “ABB-24” filialı və “ƏLA” elektron şöbəsinin xidmətindən istifadə zamanı onlara verilən hədiyyəlik kuponları sonradan həmin filial və şöbəyə təqdim etdikdə “ƏLA köçürmə” məhsulu üzrə onlardan komisyon haqq tutulmayacaq. Eyni zamanda, bu kuponlarla “ABB 24” filialında VISA və Master Cardın Gold, Platinum, VİSA-nın Classic, Master Cardın Standard, eləcə də AMEX-in Green və Gold kartlarını 50 % endirimlə əldə etmək olar. Hər hədiyyə kuponunu müştəri yalnız bir dəfə istifadə edə bilər.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















