970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanlıların pullarını ələ keçirən şəbəkə ifşa edildi – 11 nəfər ölkəyə gətirildi

Ukraynadan Azərbaycanlıların bank hesablarına hücum – 11 nəfər tutuldu. Özlərini polis və bank işçisi kimi təqdim edib pulları ələ keçiriblər. Həmçinin yüksək maaşlı iş elanları ilə insanları cəlb edib, Azərbaycanlıların pullarını ələ keçiriblər.
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanlıların pullarını ələ keçirən şəbəkə ifşa edildi – 11 nəfər ölkəyə gətirildi
iç səhifə xəbər şəkil altı (mobil)_32

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib.

Marja xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatlında deyilir.

Məlumatda bildirilib ki, kibercinayətkarlığın dünya iqtisadiyyatına vurduğu illik zərər son beş ildə 75 faiz artaraq 6 trilyon dollardan 10,5 trilyon dollara yüksəlib. Xaraktercə qlobal miqyasda geniş yayılan kibercinayətkarlığın yaratdığı təhlükələr, heç şübhəsiz ki, Azərbaycandan da yan keçmir. Kibercinayətkarlığın transmilli xarakter alması, cinayətkar şəbəkələrin müxtəlif ölkələrdən idarə olunması və qanunsuz maliyyə əməliyyatlarında müasir texnoloji imkanlardan istifadə edilməsi bu sahədə mübarizənin əhəmiyyətini daha da artırır. Belə cinayətlərin qarşısının alınması sadəcə ayrı-ayrı hüquqpozma hallarının aşkarlanmasını deyil, həm də onların təşkilatçılarının, xarici əlaqələrinin və maliyyə mexanizmlərinin müəyyənləşdirilməsini zəruri edir.

Bu istiqamətdə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) Ukrayna polisi ilə birgə həmin ölkənin ərazisində keçirdiyi növbəti əməliyyat da kiberdələduzluğun beynəlxalq miqyasda təşkil olunduğunu və Azərbaycan vətəndaşlarının xaricdən idarə edilən mütəşəkkil şəbəkələrin hədəfinə çevrildiyini ortaya qoyub.

Keçirilən tədbir nəticəsində Azərbaycan vətəndaşlarının pul vəsaitlərini ələ keçirmək məqsədilə Ukraynadan idarə olunan mütəşəkkil kiberdələduzluq şəbəkəsinin fəaliyyəti ifşa edilib.

Araşdırmalarla müəyyən olunub ki, şəbəkənin fəaliyyəti Ukraynanın bir neçə şəhərində müxtəlif xidmət ofisləri adı altında yaradılmış “Call Center”lər vasitəsilə təşkil olunub. Cinayətkar şəbəkəyə yeni üzvlərin cəlb olunması məqsədilə “Telegram” platformasında informasiya texnologiyaları və müştəri xidmətləri sahəsində yüksək əməkhaqqı vəd edən iş elanları yerləşdirilib. Nəticədə bəzi ölkə vətəndaşları Ukraynada qanunsuz fəaliyyət göstərən həmin mərkəzlərə cəlb ediliblər. “Call Center”lərdə şəbəkə üzvləri xüsusi hazırlanmış danışıq ssenariləri əsasında Azərbaycan vətəndaşlarına zəng edərək müxtəlif psixoloji manipulyasiya üsullarından istifadə ediblər. Onlar özlərini hüquq-mühafizə orqanlarının, mobil operatorların, bankların və investisiya şirkətlərinin əməkdaşları kimi təqdim edərək vətəndaşlara hesablarında şübhəli əməliyyatların aparıldığı, pullarının təhlükədə olduğu, bank kartlarının bloklanacağı və ya adlarından qanunsuz maliyyə əməliyyatlarının həyata keçirildiyi barədə yalan məlumatlar veriblər. Digər hallarda isə vətəndaşların kiberdələduzluq əməllərinin qurbanına çevrilməsi üçün yüksək gəlir vəd edən saxta investisiya təkliflərinin adından istifadə olunub.

Şəbəkə üzvləri yaratdıqları qorxu və təşviş vəziyyətindən, yaxud asan qazanc əldə etmək istəyindən istifadə edərək vətəndaşları tələsik qərar verməyə, vəsaitlərini guya təhlükəsiz hesablara köçürməyə, bank kartı məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi şifrələrini açıqlamağa sövq ediblər.

Ukrayna Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərlə Kiyev şəhərində fəaliyyət göstərən qanunsuz “Call Center”lərdə işləyən 11 nəfər, o cümlədən şəbəkənin əsas təşkilatçıları kimi beynəlxalq axtarışa verilmiş Nəriman İskəndərov, Elsun Əliyev, Elşad Musayev və Elşən Şükürov saxlanılaraq Azərbaycana gətiriliblər.

Məlum olub ki, Ruslan Zakirov, Yasəf Bayramov, Elsevər Məmmədov, Dmitri Duşin və Ruslan Matveyev xaricdəki şəbəkə üzvləri ilə “Telegram” vasitəsilə əlaqə saxlayaraq kiberdələduzluq yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasında iştirak ediblər.

Onlar talanmış pulları istifadələrində olan bank kartı hesablarında cəmləyərək razılaşdırılmış faiz məbləğini götürdükdən sonra qalan hissəni kriptovalyutaya çevirərək xaricə göndəriblər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstə başçıları barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər şəxslərlə bağlı isə istintaq araşdırmaları aparılır.

"Bir daha diqqətə çatdırırıq ki, kibercinayətkarlığa qarşı mübarizədə hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyəti və beynəlxalq əməkdaşlıqla yanaşı, vətəndaşların ayıq-sayıqlığı da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən, vətəndaşları sosial şəbəkələrdə yüksək əməkhaqqı və asan qazanc vəd edən şübhəli iş təkliflərinə ehtiyatla yanaşmağa, kart məlumatlarını, SMS təsdiq kodlarını, həmçinin digər məxfi şifrələri naməlum şəxslərlə paylaşmamağa, şübhəli zənglər zamanı verilən sualları rəsmi mənbələrdən yoxlamağa və kiberdələduzluq halları ilə bağlı dərhal polisə müraciət etməyə çağırırıq", - DİN-dən bildirilib.

kiberdələduzluq Daxili İşlər Nazirliyi DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi Azərbaycan Ukrayna polis əməliyyatı Ukraynada Call Center telefon dələduzluğu bank kartı dələduzluğu Telegram iş elanları saxta investisiya kriptovalyuta ilə çirkli pulların yuyulması SMS təsdiq kodu Nəriman İskəndərov Elsun Əliyev Elşad Musayev Elşən Şükürov bank hesablarının təhlükəsizliyi
03.11.2026 12:24
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19