Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

"Gələn il ilk dəfə 40-dan çox müəssisədən dövlət büdcəsinə dividend ödənişləri nəzərdə tutulub"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Gələn il ilk dəfə 40-dan çox müəssisədən dövlət büdcəsinə dividend ödənişləri nəzərdə tutulub"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Gələn il Azərbaycanda 40-dan çox dövlət müəssisəsinin büdcəyə təxminən 900 milyon manat dividend ödəməsi nəzərdə tutulub.

Bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.

Reklam_3_11

Nazir deyib ki, ölkə Prezidentinin monitorinq və dividend siyasəti ilə bağlı tapşırığına uyğun olaraq yaradılmış hesabatlılıq portalı bu ilin fevral-mart aylarında tam işlək vəziyyətə gətirilib, 1 113 müəssisə portalda qeydiyyatdan keçib və 11 434 hesabat təqdim edib:

"Bunun nəticəsində 2026-cı il üçün 950-yə yaxın dövlət şirkətinin təsdiqlənmiş büdcə hesabatlarını əldə etmişik, 885 müəssisə üzrə isə dividend proqnozu hesabatlarını formalaşdırmışıq. Bu təhlilin nəticəsi olaraq, gələn il ilk dəfə 40-dan çox müəssisədən dövlət büdcəsinə dividend ödənişləri nəzərdə tutulub. Bu, həm son illərdə dövlət şirkətlərinin idarə edilməsi sahəsində əldə olunan nailiyyətlərin, həm də dövlət maliyyə siyasətində yeni istiqamətin və yanaşmanın bariz nəticəsidir. Düşünürük ki, növbəti illərin dövlət və icmal büdcələri hazırlanarkən dövlət şirkətləri ilə sıx əməkdaşlığı davam etdirməklə bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə nail ola biləcəyik".

Hər gün yeni vakansiyalar - AzVak.az-da

© Report

22.10.2026 11:15
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19