Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək

AzVak-mobil_resmin_ustu_31
Bakıda III Dayanıqlı Tikinti Sammiti keçiriləcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

5 noyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzində PMD Projects-in təşkilatçılığı ilə III Dayanıqlı Tikinti Sammiti keçiriləcək.

Reklam_3_11

“Məsuliyyətlə qur. Etibarla tamamla.” şüarı ilə təşkil olunacaq sammit tikinti və daşınmaz əmlak sektorunun aktual məsələlərinin müzakirəsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də dayanıqlı inkişafı dəstəkləyən praktiki həllərin təşviqinə həsr olunacaq.

AIREX sərgisi çərçivəsində keçiriləcək tədbirdə dövlət qurumlarının, tikinti və daşınmaz əmlak şirkətlərinin, maliyyə institutlarının və sahə üzrə mütəxəssislərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Sammitin proqramı iki əsas panel müzakirəsini əhatə edir.

“Tullantıdan resursa” adlı birinci paneldə tikinti və söküntü tullantılarının səmərəli idarə olunması, çeşidlənməsi, daşınması və təkrar emalı məsələləri müzakirə ediləcək. Tullantıların izlənilməsi, rəqəmsal nəzarət mexanizmlərinin tətbiqi, təkrar emal edilmiş materialların iqtisadi dövriyyəyə qaytarılması və bu sahəyə investisiya imkanları panelin əsas mövzuları olacaq.

“Bünövrədən çıxarışa” adlı ikinci panel tikinti layihələrinin maliyyələşdirilməsi, tikintinin vaxtında tamamlanması, alıcıların hüquqlarının qorunması və mülkiyyət hüquqlarının tikintinin ilkin mərhələsindən etibarən rəsmiləşdirilməsi imkanlarına həsr olunacaq. Panel çərçivəsində dövlət qeydiyyatı mexanizmləri, layihələrin tamamlanmasına təminat verən maliyyə alətləri və beynəlxalq təcrübənin Azərbaycan bazarında tətbiqi imkanları müzakirə ediləcək.

Tədbir çərçivəsində PMD Projects-in direktoru Nəriman Topçibaşevin açılış nitqi ilə çıxış etməsi və şirkətin “Layihə rəhbərinin əl kitabı” adlı nəşrinin təqdimatı da nəzərdə tutulur.

PMD Projects III Dayanıqlı Tikinti Sammiti vasitəsilə tikinti sektorunda məsuliyyətli idarəetmə yanaşmalarının təşviqinə, dövlət və özəl sektor arasında əməkdaşlığın inkişafına, eləcə də dayanıqlı tikinti prinsiplərinin tətbiqinin genişləndirilməsinə töhfə verməyi hədəfləyir.

Qeyd ed'k ki? PMD Projects 2018-ci ildən PMD Group-un törəmə şirkəti kimi fəaliyyət göstərən, keyfiyyətə, innovasiyaya və davamlılığa sadiqliyi ilə tanınan aparıcı tikinti və layihə idarəetmə şirkətidir. Şirkət yaşayış və ticarət binaları, otellər, kənd təsərrüfatı və sənaye obyektlərinin layihələndirilməsi və tikintisini həyata keçirir. Həmçinin müxtəlif regionlarda və beynəlxalq miqyasda yüksək keyfiyyətli təmir və texniki xidmətlər təqdim edir.
PMD Projects haqqında daha ətraflı məlumat üçün: www.pmdprojects.az

 

III Dayanıqlı Tikinti Sammiti PMD Projects PMD Group Nəriman Topçibaşev Bakı Ekspo Mərkəzi AIREX 2026 daşınmaz əmlak bazarı tikinti layihələrinin maliyyələşdirilməsi mənzil alıcılarının hüquqları tikintinin vaxtında tamamlanması mənzillərə çıxarış mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi tikinti tullantılarının təkrar emalı dayanıqlı tikinti Azərbaycanda tikinti sektoru 5 noyabr 2026
21.10.2026 17:04
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19