970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Unibank 9 aylıq maliyyə nəticələrini açıqladı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Unibank 9 aylıq maliyyə nəticələrini açıqladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Unibank KB 2026-cı ilin 9 ayının (yanvar-sentyabr) yekununa dair maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.

Bankın yaydığı press-relizdə bildirilir ki, hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 333 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 56 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 53 milyon manatdan çox, xalis mənfəət isə ötən ilin eyni dövrü ilə müqayisədə 73 % artaraq,  26,6 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə məcmu kapital 19 % artaraq, 266 milyon manata çatıb. Aktivlərin həcmi isə 465 milyon manat çoxalaraq,  2,4 milyard manata yaxınlaşıb. Hesabat dövründə bankın kapital adekvatlılığı əmsalı 14,57 % təşkil edib.

Unibank KB ASC-nin İdarə Heyətinin sədri Valentin Morozov bildirib ki, 2026-cı ilin üçüncü rübü bank üçün sabit inkişaf, əməliyyat effektivliyinin artırılması və əsas biznes istiqamətlərinin gücləndirilməsi ilə yadda qalıb:

“2026-cı ilin üçüncüi rübü Unibank üçün yeni strateji mərhələdə irəliləyişin davam etdiyi dövr oldu. Əvvəlki rüblərdə formalaşan müsbət dinamikanı qoruyaraq əsas biznes göstəricilərində inkişafı davam etdirdik. Yeni strategiyamızın icrası planlaşdırılan istiqamətdə davam edir. Rəqəmsal kanallarımızın genişləndirilməsi, xidmət proseslərinin sadələşdirilməsi və müştəri təcrübəsinin keyfiyyətinin artırılması bu dövrdə də fəaliyyətimizin mərkəzində oldu. İlin son rübündə qarşımıza qoyduğumuz hədəflərə nail olmaq, müştərilərimiz və tərəfdaşlarımız üçün yaratdığımız dəyəri daha da artırmağı hədəfləyirik”.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım 273 milyon manat təşkil edib və kredit portfeli üçüncü rübün sonuna 1,5 milyard manatı ötüb. Ümumi kredit portfelinin həcmində ayrıca olaraq biznes kreditləri 44 % artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi ümumi portfeldə 48 %-ə yaxınlaşaraq, 733 milyon manata çatıb. Biznes portfelin tərkibində kiçik biznesə yönələn kreditlərin payında da ciddi artım olub. 2025-ci ilin 3-cü rübü ilə müqayisədə bu il mikro kreditlərin biznes portfeldəki payında 49 %-lik artım qeydə alınıb.

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib. Ümumi depozit portfelinin həcmi 17 %  çoxalaraq, üçüncü rübün sonuna 1,4 milyard manatı ötüb.

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 12%, sayı isə 28 % artıb. Bu ilin əvvəlindən 30 sentyabr tarixinədək nağdsız əməliyyatların həcmi 12,2 milyard manatı, sayı isə 432 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,4 milyon nəfəri ötüb. 2025-cı ilin üçüncü rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 12 % artıb.

Unibank Unibank maliyyə nəticələri 2026 Unibank xalis mənfəəti Unibank aktivləri Unibank kredit portfeli Unibank depozitləri Unibank biznes kreditləri Valentin Morozov Azərbaycan bankları bankların üçüncü rüb hesabatları nağdsız əməliyyatlar bank kapitalı bank sektorunda mənfəət
14.10.2026 11:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19