Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azad edilmiş ərazilərdə biznes üçün güzəştlər genişləndirildi- Daha 7 sahə vergi və gömrük güzəştlərindən yararlanacaq

İşğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Qarabağda istehsal qurmaq istəyən sahibkarlara yeni güzəştlər.
AzVak-mobil_resmin_ustu_31
Azad edilmiş ərazilərdə biznes üçün güzəştlər genişləndirildi- Daha 7 sahə vergi və gömrük güzəştlərindən yararlanacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İşğaldan azad edilmiş ərazilərdə idxalı vergi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb.

Marja.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib. Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Qərarı ilə idxalı əlavə dəyər vergisi və gömrük rüsumundan azad edilən texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların aid olduğu iqtisadi fəaliyyət sahələrinin sayı artırılıb. 

Dəyişikliklərlə güzəşt tətbiq olunan yeni iqtisadi fəaliyyət sahələri:

•Əczaçılıq məhsullarının istehsalı;

•Bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı;

•Üzümdən şərab istehsalı;

•Elmi tədqiqat və işləmələr;

•Ət, quş əti, balıq və süd məhsullarının emalı və konservləşdirilməsi, habelə heyvan yemi istehsalı;

•Heyvandarlıq (iribuynuzlu mal-qara və camışların yetişdirilməsi) və şirin su hövzələrində balıqyetişdirmə;

•Kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması;

Güzəşt tətbiq olunan müvafiq fəaliyyət sahələri və bu sahələr üzrə idxalı nəzərdə tutulan texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların ümumi siyahısı ilə bu linkdən tanış olmaq olar. Qeyd edək ki, güzəştlər yalnız siyahıda göstərilmiş iqtisadi fəaliyyət sahələrinə  tətbiq edilir.

Güzəştlərin tətbiq dairəsinin genişləndirilməsi kənd təsərrüfatı, emal sənayesi, əczaçılıq, bərpa olunan enerji və elmi-tədqiqat kimi müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün investisiya və istehsal xərclərinin optimallaşdırılmasına, layihələrin iqtisadi səmərəliliyinin artırılmasına və yeni biznes təşəbbüslərinin həyata keçirilməsinə əlavə imkanlar yaradır.

Qeyd edək ki, güzəştlərdən yararlanmaq üçün sənədlərin qəbulu fiziki (ünvan Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 155) və elektron formada (office@economy.gov.az) İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. 

İşğaldan azad edilmiş ərazilər Qarabağda sahibkarlıq vergi güzəştləri gömrük güzəştləri ƏDV-dən azadolma idxal güzəştləri Nazirlər Kabinetinin qərarı Qarabağda investisiyalar azad edilmiş ərazilərdə biznes əczaçılıq istehsalı bərpa olunan enerji kənd təsərrüfatı heyvandarlıq şərab istehsalı emal sənayesi texnoloji avadanlıqların idxalı İqtisadiyyat Nazirliyi sahibkarlara dövlət dəstəy
09.10.2026 11:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19