Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bakıda 11 yeni saziş imzalandı – Microsoft, ROX Group, AGROFERT və digər şirkətlər Azərbaycanda layihələrə qoşulur

Bakıda böyük investisiya razılaşmaları: 11 sənəd, 10 fərqli sahə.
AzVak-mobil_resmin_ustu_31
Bakıda 11 yeni saziş imzalandı – Microsoft, ROX Group, AGROFERT və digər şirkətlər Azərbaycanda layihələrə qoşulur
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təşkil olunan sessiya  çərçivəsində müxtəlif sahələri əhatə edən yeni əməkdaşlıq və investisiya sənədləri imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya çərçivəsində 11 sənəd imzalanıb.

İmzalanmış sənədlər tikinti və inkişaf, rəqəmsal iqtisadiyyat, bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə, su təsərrüfatı, idman və investisiyaların təşviqi sahələrini əhatə edir.

Tikinti və inkişaf sahəsində əməkdaşlıq

İqtisadiyyat nazirinin müavini Anar Axundov ilə Vyetnamın “ROX Group Joint Stock Company” (ROX Group) şirkətinin baş icraçı direktorunun müavini Ta Ngoc Da arasında tikinti və inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Rəqəmsal iqtisadiyyatın inkişafı

İqtisadiyyat nazirinin müavini Azər Bayramov ilə “Microsoft”un Rumıniya, Moldova və MDB regionunun baş direktoru Gabriela Popescu arasında Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Azərbaycanda Günəş və külək enerjisi layihələri

Energetika nazirinin müavini Elnur Soltanov ilə Vyetnamın “ROX Group Joint Stock Company”yə (ROX Group) daxil enerji şirkətlərinin İdarə Heyətinin sədri Phan Minh Tuan arasında Günəş və külək enerjisi layihələrinin həyata keçirilməsinin qiymətləndirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ələt Azad İqtisadi Zonasında yeni texnologiyalı istehsal layihəsi

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov ilə “Inovest AFEZCO” şirkətinin (Azərbaycan) təsisçisi Vitali Yevdokimenko arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Aqrar sektor üzrə investisiya layihəsi

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ilə İsveçrənin “iCsquared GmbH” şirkətinin nümayəndəsi Zoltan Peter Jtuçlik arasında “ABAK-WASSERSTEIN İsveçrə-Azərbaycan Plantasiyaları və Emal Müəssisələri Layihələri üçün torpaqların uzunmüddətli icarəsinə dair Saziş” imzalanıb.

Ağdam Quşçuluq layihəsi

Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, “Agro Dairy” şirkətinin (Azərbaycan) icraçı direktoru Niyazi Əmirbəyov, Çexiyanın “AGROFERT, a.s.” şirkətinin İdarə Heyəti sədrinin müavini Petr Çinqr arasında Anlaşma Memorandumu imzalanıb.

Baytarlıq vaksinlərinin istehsalı

Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov ilə Türkiyənin “VETAL Hayvan Sağlığı Ürünleri A.Ş.” şirkətinin direktoru Abdullah Tutak arasında müqavilə imzalanıb.

Əczaçılıq məhsullarının istehsalı

Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov ilə Slovakiyanın “Saneca Pharmaceuticals a.s.” şirkətinin baş maliyyə direktoru Ondrej Dragúň arasında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun investisiyası

Azərbaycan İnvestisiya Holdinqində baş icraçı direktorun vəzifələrini müvəqqəti icra edən Dəyanət Sədullayev ilə Oman Investisiya Qurumunun G2G Funds üzrə baş meneceri Saif Almahruqi arasında Şərtlər Toplusu imzalanıb.

Su sayğaclarının istehsalı imkanlarının araşdırılması

SOCAR-ın prezidenti Rövşən Nəcəf, Birləşmiş Ərəb Əmirliklərinin “Esyasoft Technologies FZE “şirkətinin nümayəndəsi Bibin Çandra və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov arasında Üçtərəfli Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan və Ukrayna arasında investisiyaların təşviqi sahəsində əməkdaşlıq

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ilə Ukraynanın “Investment Promotion Office” dövlət qurumunun (UkraineInvest) icraçı direktoru Marina Xlyustun arasında Anlaşma Memorandumu imzalanıb.

İmzalanan sənədlər müxtəlif sektorlar üzrə yeni investisiya imkanlarının formalaşdırılmasına, istehsalın və ixrac potensialının genişləndirilməsinə, rəqəmsal və yaşıl texnologiyaların tətbiqinə, eləcə də Azərbaycanın beynəlxalq biznes və investisiya tərəfdaşlığının inkişafına yönəlib.

İş elanları AzVak.az-da

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu investisiya forumu Azərbaycan investisiyaları İlham Əliyev Microsoft ROX Group AGROFERT Azərbaycan Biznesinin İnkişafı Fondu Azərbaycan İnvestisiya Holdinqi Oman İnvestisiya Qurumu UkraineInvest AZPROMO SOCAR Ələt Azad İqtisadi Zonası Ağdam Quşçuluq Layihəsi bərpa olunan enerji günəş enerjisi külək enerjisi rəqəmsal iqtisadiyyat tikinti kənd təsərrüfatı əczaçılıq baytarlıq vaksinləri su sayğacları istehsal ixrac investisiya layihələri beynəlxalq əməkdaşlıq
25.09.2026 14:25
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19