Xam metaldan son məhsula: Azərbaycanda alüminium ilə bağlı plan dəyişir
Azərbaycanın alüminium sənayesində 100 min tonluq hədəf: “Azəralüminium”un istehsal gücü 100 min tona çatdırılacaq. Həmçinin Azərbaycan folqa, kabel və profil istehsalını böyüdəcək.Gəncədə “Azəralüminium” MMC-nin elektroliz zavodunun illik istehsal gücünün 100 min tona çatdırılması Dövlət Proqramının əsas alüminium hədəflərindən biridir.
Marja.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulub.
Layihə çərçivəsində texniki-iqtisadi əsaslandırma və layihələndirmə işləri tamamlanmalı, zavod əsas avadanlıqlarla təchiz edilməlidir.
Proqram alüminium sektorunda yalnız ilkin metal istehsalını deyil, emal dərinliyinin artırılmasını və daha yüksək əlavə dəyərli məhsulların istehsalını genişləndirməyi nəzərdə tutur.
Azərbaycanda alüminium yayma məhsulları üzrə güc 50 min tona çatdırılacaq
Azərbaycanda alüminium yayma məhsullarının illik istehsal gücünün 50 min tona çatdırılması nəzərdə tutulur.
Dövlət Proqramında alüminiumun daha dərindən emal olunması və profil, naqil, kabel, folqa, lövhə, lent və içki qabları kimi yüksək əlavə dəyərli məhsulların yerli istehsalının inkişaf etdirilməsi ayrıca hədəf müəyyən edilib.
Bazar tələbatına əsasən prioritet məhsul qrupları müəyyən ediləcək və özəl sektorun təqdim etdiyi layihələrin təşviqi nəzərdə tutulacaq.
Beləliklə, strategiya ilkin alüminium istehsalından daha çox emal mərhələsinin Azərbaycanda saxlanılmasına yönəlib.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























