Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanda ən çox 2 otaqlı mənzillər alınır

Satışların 39%-i bu seqmentdədir
AzVak-mobil_resmin_ustu_31
Azərbaycanda ən çox 2 otaqlı mənzillər alınır
iç səhifə xəbər şəkil altı (mobil)_32

Təkrar mənzil bazarında ən böyük tələb 2 otaqlı mənzillərə olub.

Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, 2025-ci ildə 16 234 ədəd 2 otaqlı mənzil satılıb. Bu, bütün mənzil alqı-satqılarının 39%-ni təşkil edib.

1 otaqlı mənzillərin sayı 11 249, 3 otaqlı mənzillərin sayı isə 10 809 olub. 4 otaqlı mənzillərin payı 6,4%, 5 otaqlıların payı isə cəmi 1,5% təşkil edib.

Maraqlıdır ki, otaq sayı artdıqca 1 kvadratmetrin qiyməti əsasən azalır. 1 otaqlı mənzillərdə kvadratmetr 2 171 manat olduğu halda, 5 otaqlı mənzillərdə 1 907 manata düşüb.

Mənzil alanların 85%-i 200 min manat həddini keçməyib

Azərbaycanda təkrar mənzil bazarında alıcıların böyük hissəsi 200 min manatdan aşağı qiymət seqmentində alış edib. 2025-ci ildə 18 378 mənzil 100 min manatdan aşağı qiymətə satılıb. Bu, ümumi satışların 44,2%-nə bərabərdir.

Daha 16 891 mənzil 100-200 min manat intervalında alınıb. Beləliklə, bütün mənzil satışlarının 84,8%-i 200 min manatdan aşağı qiymətə həyata keçirilib.

1 milyon manatdan baha satılan mənzillərin sayı isə cəmi 42 olub və onların hamısı Bakıda yerləşib. 500 min-1 milyon manat aralığında satılmış 373 mənzilin də hamısı paytaxtın payına düşüb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

2 otaqlı mənzil 1 otaqlı mənzil 3 otaqlı mənzil mənzil satışı mənzil bazarı otaq sayı? mənzil qiyməti 200 min manat milyonluq mənzillər Bakı mənzilləri ucuz mənzillər daşınmaz əmlak bazarı
22.09.2026 12:20
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19