Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycanın təkrar mənzil bazarında 5,4 milyard manatlıq alqı-satqı

Azərbaycanda mənzil bazarında milyardlıq pul dövr edir – Rəqəmlər açıqlanıb. Orta satış qiyməti 129 min 835 manatdır.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın təkrar mənzil bazarında 5,4 milyard manatlıq alqı-satqı
iç səhifə xəbər şəkil altı (mobil)_32

41 mindən çox mənzil satılıb – Bazarda yeni tikililər liderliyi ələ keçirib

2025-ci il ərzində ölkə üzrə 41 606 mənzilin təkrar bazarda alqı-satqısı aparılmış, satılmış mənzillərin ümumi sahəsi 2 milyon 704 min 211 kv.m, bu əqdlərin ümumi dəyəri 5 milyard 401 milyon 896 min manat təşkil etmişdir. Bir mənzilin orta ümumi sahəsi 65 kv.m, orta alqı-satqı qiyməti 129835 AZN olmuşdur. Mənzilin 1 kv.m-nin orta alqı-satqı qiyməti 1998 AZN olaraq reallaşmışdır.

Sovet mənzilləri yeni tikililərdən daha baha satılıb – Səbəb nədir?

Yeni tikililər say baxımından bazarda lider mövqeyə keçmişdir - mənzillərin 52,0%-i yeni tikililərə, 45,3%-i Sovet dövrü mənzillərinə aiddir. I rübdə bu iki qrup demək olar ki, bərabər olduğu halda (təxminən 48-49%), il ərzində yeni tikililərin payı artmışdır. Ümumi alqı-satqı məbləğinin 62,0%-i yeni tikililərin payına düşür, çünki onlar həm sahəcə daha böyük (orta 77 kv.m), həm də alqı-satqı sayı daha çoxdur. Maraqlı haldır ki, il ərzində Sovet dövrü mənzillərinin 1 kv.m qiyməti (2 041 AZN) yeni tikililərin kv.m qiymətindən (1983 AZN) bir qədər yuxarıdır. Formalaşmış belə qiymətləri Sovet mənzillərinin əsasən Bakının mərkəzi rayonlarında, yeni tikililərin isə Abşeron və ətraf qəsəbələrə də yayılmış olması ilə izah etmək olar. Sovet İttifaqından əvvəl tikilmiş mənzillərin 1 kv.m qiyməti (2473 AZN) ən yüksəkdir. Belə mənzillərin də demək olar ki tamamilə mərkəzi yerlərdə yerləşməsi ilə əsaslandırılır.

Əqdlərin içərisində Bakı şəhərinin payı 60,2%, ümumi məbləğdə payı isə 77,0% təşkil etmişdir. Bakıda bir mənzilin orta satış qiyməti (166.266 AZN) respublika üzrə orta göstəricidən 28% yüksəkdir. Dörd əsas ərazi (Bakı, Abşeron, Sumqayıt, Gəncə) birlikdə ümumi alqı-satqı məbləğinin təxminən 96%-ni təşkil edir.

Mənzil alanların 85%-i 200 min manatdan ucuz ev seçib

2025-ci ildə alıcıların təxminən 44,2%-i 100 000 AZN-dən ucuz, 84,8%-i isə 200 000 AZN-dən ucuz mənzillər əldə etmişdir. Aşağı qiymət seqmenti regionlarda daha qabarıqdır: Gəncə və “Digər” ərazilərdə əqdlərin böyük əksəriyyəti 100 000 AZN-dən aşağıdır. 300 000 AZN-dən yuxarı seqment isə demək olar ki, tamamilə Bakı şəhərinə aiddir.

1 kv.m qiymətinə görə əqdlərin ən böyük hissəsi 1 000 – 1 999 AZN aralığında (36,0%), ikinci böyük hissəsi isə 2 000 – 2 999 AZN aralığında (33,6%) toplanmışdır. 3 000 AZN-dən yuxarı kv.m qiymətləri demək olar ki, yalnız Bakı şəhərində müşahidə olunur.

Azərbaycanda ən çox 2 otaqlı mənzillər satılır

Mənzil bazarında ən populyar konfiqurasiya 2 otaqlı mənzillərdir (39,0%). Otaq sayı ilə 1 kv.m qiyməti arasındakı əlaqədə otaq sayı artdıqca 1 kv.m. qiyməti 1 otaqlı mənzildən 5 otaqlı mənzilə doğru tədricən azalır, 5-dən çox otaqlı mənzillərdə isə yenidən kəskin artır.

Ölkə üzrə əqdlərdə 94,8% fiziki, 5,2% hüquqi şəxslər alıcı qismində iştirak etmişdir. Fiziki şəxslər arasında mənzil əldə edənlərin 46,5%-i qadın, 53,5%-i kişidir.

Bakıda əqd say baxımından ən aktiv rayonlar Yasamal (4566), Xətai (4127) və Nəsimi (3253) olmuşdur. Mənzilin orta qiyməti baxımından isə Səbail (222159 AZN), Nərimanov (212307 AZN) və Nəsimi (210469 AZN) rayonları öndədir. Ən aşağı aktivlik Pirallahı, Xəzər və Qaradağ rayonlarında qeydə alınmışdır.

Bakıda hər 5 mənzil satışından biri ipoteka hesabına maliyyələşib

2025-ci ildə mənzillərin alqı-satqında əqdlərin 15.2 %-ində (6 332 ədədində) ipoteka kreditlərindən istifadə olunmuşdur. Bu nisbət Bakı şəhərində 19.9% ilə ən yüksək, Gəncə şəhərində 6.8% ilə ən aşağı göstərici olaraq reallaşmışdır. Ümumi məbləğin 12.6 %-i (681 milyon 649 min 719 manat) ipoteka kreditləri hesabına maliyyələşdirilmişdir. Ümumi məbləğin ipoteka krediti hesabına maliyyələşmə nisbətində də 14.3% ilə Bakı şəhərində ən yüksək, 6.1% ilə Gəncə şəhərində ən aşağı göstərici müşahidə olunmaqdadır.   

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan mənzil bazarı 2025 mənzil bazarı mənzil qiymətləri Bakı mənzil qiymətləri daşınmaz əmlak bazarı təkrar mənzil bazarı yeni tikililər sovet binaları mənzil alqı-satqısı mənzilin orta qiyməti kvadratmetr qiyməti Bakı daşınmaz əmlak Yasamal Xətai Nəsimi Səbail Nərimanov ipoteka kreditləri ipoteka ilə mənzil mənzil satışları daşınmaz əmlak statistikası Azərbaycanda ev qiymətləri 2 otaqlı mənzillər Bakı rayonları mənzil bazarı 2025.
22.09.2026 11:49
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19