Azərbaycanda mənzilin kvadratmetri bir ildə 11%-dən çox bahalaşıb
Ev almaq daha da çətinləşib – mənzillərin 1 kvadratmetrinin orta qiyməti 2 099 manata çatıb. Mənzil bazarında qiymət sıçrayışı – alıcılar daha kiçik evlərə keçir.Azərbaycanda təkrar mənzil bazarında 1 kvadratmetrin orta satış qiyməti 2025-ci il ərzində nəzərəçarpacaq dərəcədə artıb.
Marja.az “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin təhlilinə istinadən xəbər verir ki, ilin I rübündə ölkə üzrə mənzillərin 1 kvadratmetrinin orta qiyməti 1 889 manat olduğu halda, IV rübdə bu göstərici 2 099 manata yüksəlib.
Beləliklə, təkrar mənzil bazarında kvadratmetrin orta qiyməti il ərzində təxminən 11,2% artıb. Eyni dövrdə bir mənzilin orta satış qiyməti I rübdə 127 470 manatdan IV rübdə 132 015 manata yüksəlib.
Diqqətçəkən başqa məqam isə alıcıların daha kiçik mənzillərə yönəlməsidir. I rübdə satılan mənzillərin orta sahəsi 68 kvadratmetr olduğu halda, IV rübdə 63 kvadratmetrə düşüb. Bu, qiymətlər yüksəldikcə alıcıların büdcəyə uyğunlaşmaq üçün daha kiçik sahəli mənzillərə üstünlük verməsi ehtimalını artırır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 13 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir

























