Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“PAŞA Bank”ın səhmdar strukturu dəyişib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Bank”ın səhmdar strukturu dəyişib
iç səhifə xəbər şəkil altı (mobil)_32

“PAŞA Bank” ASC-nin səhmdar strukturunda 2026-cı ilin ilk yarısında mühüm dəyişiklik baş verib. “PAŞA Holding” MMC-nin Bankdakı birbaşa payı artıq görünmür, onun yerini yeni yaradılmış “PASHA Financial Holding” MMC ( “PAŞA Maliyyə Holdinqi” MMC) tutub.

Marja.az “PAŞA Bank”ın 30 iyun 2026-cı il tarixinə aralıq konsolidə edilmiş maliyyə hesabatını təhlil edərək müəyyən edib ki, 2025-ci ilin sonunda Bankın 56,8%-nə birbaşa sahib olan “PAŞA Holding”in payı 2026-cı ilin iyun ayının sonunda səhmdar strukturunda sıfıra enib. Əvəzində “PASHA Financial Holding” MMC Bankın 53,9%-lik payla ən böyük birbaşa səhmdarına çevrilib.

Hesabatda bildirilir ki, struktur dəyişikliyi nəticəsində “PAŞA Holding”ə aid olan Bankın xalis aktivləri yeni yaradılmış “PASHA Financial Holding” MMC-yə ötürülüb. “PASHA Financial Holding” isə tam şəkildə – 100% “PAŞA Holding”ə məxsus törəmə şirkətdir.

Bu səbəbdən dəyişiklik “PAŞA Holding”in Bank üzərində iqtisadi iştirakının aradan qalxması deyil, birbaşa sahiblik strukturunun maliyyə holdinqi üzərindən yenidən qurulması kimi qiymətləndirilə bilər.

Payların azalmasının arxasında satış deyil, IPO dayanır

Burada xüsusilə diqqət çəkən məsələ “Bless” MMC, Arif Paşayev və Mir Camal Paşayevin faiz paylarının aşağı düşməsidir.

İlk baxışdan bu dəyişiklik səhmlərin satılması təsiri bağışlaya bilər. Lakin maliyyə hesabatının digər qeydlərinin təhlili göstərir ki, azalma əsasən 2026-cı ildə keçirilmiş ilkin kütləvi təklif – IPO nəticəsində mövcud səhmdarların paylarının proporsional şəkildə seyrəlməsi ilə izah olunur.

“PAŞA Bank” 2026-cı ilin aprelində Bakı Fond Birjasında IPO-ya başlayıb. Təklif iyunun 12-də başa çatıb və əlavə səhm buraxılışı iyunun 30-da qeydiyyata alınıb. Ən mühüm detal budur ki, IPO çərçivəsində yalnız yeni səhmlər buraxılıb, mövcud səhmdarlar öz səhmlərini satmayıblar. IPO-da yerləşdirilən yeni səhmlər Bankın təklifdən sonrakı nizamnamə kapitalının 5%-ni təşkil edib.

Bu, səhmdar paylarındakı dəyişiklikləri faktiki olaraq tam izah edir.

Məsələn, “Bless” MMC-nin əvvəlki 28,2%-lik payına IPO-dan sonrakı 95%-lik mövcud səhmdarlar əmsalı tətbiq edildikdə təxminən 26,8% alınır.

Eyni qayda ilə:

28,2% → 26,8%

10,0% → 9,5%

5,0% → təxminən 4,8%

“PAŞA Holding”in əvvəlki 56,8%-lik payının 95%-i isə təxminən 54%-dir ki, bu da yeni strukturda “PASHA Financial Holding”in açıqlanan 53,9%-lik payına praktik olaraq uyğun gəlir. Fərq hesabatda faizlərin yuvarlaqlaşdırılması ilə əlaqədardır.

Beləliklə, hesabatın rəqəmləri göstərir ki, səhmdarların faiz paylarının aşağı düşməsi səhm satışı ilə deyil, Bankın kapitalının IPO nəticəsində genişlənməsi ilə bağlıdır.

IPO-dan Banka 50,6 milyon manat daxil olub

IPO nəticəsində “PAŞA Bank” 51,31 milyon manat ümumi vəsait cəlb edib. Bunun 18,658 milyon manatı nizamnamə kapitalına, 32,652 milyon manatı səhm mükafatına yönəldilib. IPO xərcləri 749 min manat təşkil etdiyindən Bankın əldə etdiyi xalis vəsait 50,561 milyon manat olub. Başqa sözlə, mövcud səhmdarların payları təxminən 5% seyrəlsə də, əvəzində Banka 50,6 milyon manat yeni kapital daxil olub.

Bu, mülkiyyət baxımından olduqca mühüm dəyişiklikdir: əvvəllər dörd iri səhmdar bütün səhmlərə nəzarət edirdisə, IPO-dan sonra Bankın səhmlərinin 5%-i “digər” səhmdarların payına düşür.

“PAŞA Bank”ın Gürcüstandakı törəməsində payı 85,06%-dir

Qrupun xarici bank aktivlərindən biri “PASHA Bank Georgia”dır. “PAŞA Bank” Gürcüstandakı bankda əvvəllər 100% iştirak payına malik olub. Sonrakı kapital artırımları nəticəsində Bankın birbaşa payı əvvəlcə 90,2%-ə, daha sonra 85,06%-ə düşüb. 2023-cü ilin sentyabrında “PAŞA Holding” “PASHA Bank Georgia”nın 7,8 milyon yeni səhmini 5,061 milyon manat ekvivalentində kapital qoyuluşu ilə əldə edib. Bunun nəticəsində “PAŞA Bank”ın törəmə bankdakı iştirak payı 85,06%-ə qədər azalıb. Buna baxmayaraq, 85,06%-lik pay “PASHA Bank Georgia”nın “PAŞA Bank” Qrupunun törəmə müəssisəsi olaraq konsolidasiya edilməsinə imkan verir.

Türkiyə bankında nəzarət artıq yoxdur

Türkiyədə isə struktur fərqlidir.

“PAŞA Bank” 2015-ci ildə TAIB Yatırım Bank A.Ş.-nin 79,47%-ni əldə edib. Sonrakı kapital artımından sonra pay 99,92%-ə yüksəlib. 2018-ci ildə yeni səhmlərin “PAŞA Holding” tərəfindən alınması nəticəsində “PAŞA Bank”ın payı 50,96%-ə düşüb, “PAŞA Holding” isə bankda 49%-lik pay əldə edib.

2023-cü ildə əlavə səhmlər “PAŞA Holding”ə 46 milyon manat müqabilində satılıb. Nəticədə “PAŞA Bank” Qrupunun “PASHA Yatırım Bankası”ndakı payı 50,96%-dən 28,21%-ə enib. Qrup bank üzərində nəzarəti itirib və yalnız əhəmiyyətli təsir imkanını saxlayıb. 30 iyun 2026-cı ildə “PASHA Yatırım Bankası” Qrupun yeganə assosiasiya olunmuş müəssisəsi olub.

Bu səbəbdən Türkiyədəki bank artıq “PAŞA Bank”ın maliyyə hesabatlarına tam konsolidasiya edilmir, kapitalda iştirak metodu ilə uçota alınır.

Türkiyə bankı 9,1 milyon manat zərərə keçib

Maliyyə hesabatındakı əlavə məlumat Türkiyə aktivində mənfəətliliyin pisləşdiyini də göstərir. “PASHA Yatırım Bankası”nın gəlirləri 2025-ci ilin ilk yarısındakı 21,042 milyon manatdan 2026-cı ilin ilk yarısında 17,838 milyon manata düşüb – təxminən 15% azalma.

Xərclər isə eyni dövrdə 19,543 milyon manatdan 26,931 milyon manata yüksəlib – təxminən 38% artım. Nəticədə Türkiyə bankı ötən ilin ilk yarısındakı 1,499 milyon manat mənfəətdən 2026-cı ilin ilk yarısında 9,093 milyon manat zərərə keçib. “PAŞA Bank”ın bu şirkətdəki 28,21%-lik payına uyğun olaraq konsolidə edilmiş hesabatda assosiasiya olunmuş müəssisənin nəticəsindən 2,565 milyon manat zərər tanınıb. Ötən ilin eyni dövründə həmin maddə üzrə 423 min manat mənfəət qeydə alınmışdı. Bu, 2026-cı ilin ilk yarısında Qrupun qeyri-faiz gəlirlərinə mənfi təsir göstərən amillərdən biridir.

PAŞA Bank PASHA Bank PAŞA Bank səhmdarları PASHA Financial Holding PAŞA Holding PAŞA Bank səhmdar strukturu PAŞA Bank IPO PAŞA Bank səhmləri Bakı Fond Birjası Bless MMC Arif Paşayev Mir Camal Paşayev PAŞA Bank sahibləri PAŞA Bank 53 9 faiz PASHA Bank Georgia PASHA Yatırım Bankası PAŞA Bank Türkiyə PAŞA Bank Gürcüstan bank səhmdarları IPO Azərbaycan bank sektoru PAŞA Bank maliyyə hesabatı PAŞA Bank 2026 PASHA Financial Holding səhmləri.
18.09.2026 15:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19