Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində

Sahibkarlar 23 fəaliyyət növü üzrə lisenziyanı KOB evlərindən ala bilərlər. Regionlarda lisenziya rüsumuna 50% güzəşt tətbiq olunur
AzVak-mobil_resmin_ustu_31
Lisenziya almaq istəyən sahibkarların işi asanlaşdı - Lisenziya prosesi KOB evlərində
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

KOB evlərində sahibkarlara lisenziyalaşdırma ilə bağlı informasiya dəstəyi göstərilir və lisenziya almaq üçün müraciət etmək mümkündür.

Sahibkarlar hazırda 23 fəaliyyət növü üzrə lisenziya (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) almaq üçün KOB evlərinə də müraciət edə bilərlər. KOB evlərində sahibkarlar lisenziyaların alınması üzrə informasiya dəstəyi ala, müraciət edə, tələb olunan sənədləri təqdim edə və hazır sənədi götürə bilərlər. Lisenziyalaşdırma ilə bağlı bütün prosesin vahid məkanda - KOB evlərində həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir.

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq KOB evləri və ASAN xidmət mərkəzləri ilə yanaşı, “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Lisenziyalarla bağlı www.smb.gov.az saytının “KOB evləri” bölməsindən, eləcə də “Lisenziyalar və icazələr” portalından (https://lisenziya.gov.az/) ətraflı məlumat almaq mümkündür.

Qeyd edək ki, lisenziya müəyyən sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsinə hüquqi əsas verən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Lisenziya almaq üçün tələb olunan sənədlərin siyahısı fəaliyyət növündən asılı olaraq dəyişir. Təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziyanın verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt tətbiq edilir. Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa lisenziya müddətsiz verilir.

Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evləri vasitəsilə bugünədək sahibkarlara 379 lisenziya verilib. Təqdim edilmiş lisenziyalar əsasən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, özəl tibb fəaliyyəti, əczaçılıq, baytarlıq preparatlarının satışı, sürətli poçt xidməti, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalı və digər fəaliyyət növlərini əhatə edib. Ümumilikdə isə 1 sentyabr 2026-cı il tarixinə İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə 20 397 lisenziya verilib.

KOB evləri KOBİA lisenziya sahibkarlar lisenziya almaq 23 fəaliyyət növü İqtisadiyyat Nazirliyi Lisenziyalar və icazələr portalı ASAN xidmət sahibkarlıq fəaliyyəti dövlət rüsumu 50 faiz güzəşt regionlarda sahibkarlıq 10 iş günü müddətsiz lisenziya tikinti lisenziyası özəl tibb fəaliyyəti əczaçılıq lisenziyası baytarlıq preparatları sürətli poçt xidməti aqrokimyəvi maddələr Bakı KOB evi Gəncə KOB evi Xaçmaz KOB evi Yevlax KOB evi Şuşa KOB evi 20 397 lisenziya sahibkarlara xidmət
18.09.2026 10:01
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19