Xaricdən buğda alışında ikirəqəmli artım - 8 ayda 185 milyon dollar xərclənib
Buğda idxalına 185 milyon dollar xərcləndi2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 841,7 min ton buğda idxal edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Buğda idxalının dəyəri 185,2 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə 759,9 min ton buğdaya 163,5 milyon dollar xərclənmişdi. Miqdar 10,8%, dəyər 13,3% artıb.
Təhlil: Azərbaycan 8 ayda ötən illə müqayisədə təxminən 81,7 min ton daha çox buğda idxal edib. Bir ton üzrə orta statistik idxal dəyərində isə təxminən 2,3%-lik yüksəliş qeydə alınır.
Az aldıq, çox pul ödədik - Qarğıdalı idxalı tonla azalıb, dəyəri artıb
2026-cı ilin ilk 8 ayında Azərbaycana 31,8 min ton qarğıdalı idxal edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Qarğıdalı idxalına 14,7 milyon dollar xərclənib. Ötən ilin eyni dövründə 37 min tona yaxın qarğıdalının idxal dəyəri 14,1 milyon dollar olmuşdu. Fiziki həcm 14% azalıb, dəyər isə 4% artıb.
Miqdar azalarkən ümumi xərcin artması bir ton üzrə orta statistik idxal dəyərinin yüksəldiyini göstərir. Hesablamaya görə, artım təxminən 21% təşkil edib.
Xaricdən düyü alışında 25%-lik geriləmə
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 30,4 min ton düyü idxal edilib və buna 27,4 milyon dollar xərclənib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə idxal 38,8 min ton, dəyər isə təxminən 36,5 milyon dollar idi. Fiziki həcm 21,8%, dəyər isə təxminən 25% azalıb.
Düyü həm fiziki həcm, həm də dəyər baxımından ən nəzərəçarpacaq azalma qeydə alınan ərzaq mövqelərindən biridir. Bir ton üzrə orta statistik idxal dəyərində də təxminən 4%-lik azalma hesablanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















