Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
Məhkəmə ana ilə övlad arasındakı vərəsəlik mübahisəsinə hüquqi qiymət verib. Məhkəmə: Miras qoyana qarşı qəsdən sərt rəftar məcburi pay hüququna təsir edə bilər. Biləsuvarda ana oğluna qarşı məhkəməni qazandı: Anasına kobud rəftar edən oğulla bağlı məhkəmə qərarı – Miras hüququndan məhrum edildiBiləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair mülki işə baxılıb.
İşin hallarına görə, iddiaçı oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu bildirərək, gələcəkdə ona məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsini tələb edib. Cavabdeh isə iddiaları qəbul etməyərək ailə üzvləri ilə mübahisənin əmlakın satılması məsələsindən qaynaqlandığını bildirib.
Biləsuvar Rayon Məhkəməsi iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini, polis orqanlarına edilmiş müraciətlərlə bağlı sənədləri, səs yazılarını və digər sübutları araşdırıb.
Məhkəmə qeyd edib ki, qanunvericilik uşaqların, valideynlərin və ər-arvadın mirasda məcburi pay hüququnu tanısa da, müəyyən əsaslar olduqda miras qoyan hələ sağlığında məhkəməyə müraciət etməklə şəxsin bu hüquqdan məhrum edilməsini tələb edə bilər.
İş üzrə sübutları məcmu şəkildə qiymətləndirən məhkəmə tərəflər arasında uzun müddət davam edən münaqişələrin olduğunu müəyyən edib və cavabdehin anasına münasibətdə davranışını miras qoyana qarşı qəsdən sərt rəftar kimi qiymətləndirib. Məhkəmə həmçinin ailə münasibətlərinin qarşılıqlı qayğı, hörmət və ehtiram kimi dəyərlərə əsaslandığını, araşdırılan halda tərəflər arasındakı mənəvi və əxlaqi münasibətlərin ciddi şəkildə pozulduğunu qeyd edib.
Qətnamədə həmçinin vurğulanıb ki, mirasda məcburi pay institutu yaxın ailə üzvlərinin mənafelərinin qorunmasına xidmət etsə də, bu hüquq mütləq xarakter daşımır. Qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda miras qoyan hələ sağlığında məhkəməyə müraciət etməklə məcburi pay hüququ olan şəxsin həmin hüquqdan məhrum edilməsini tələb edə bilər.
Məhkəmə ailə münasibətlərinin yalnız hüquqi qohumluq əlaqəsi ilə məhdudlaşmadığını, qarşılıqlı qayğı, hörmət və ehtiram kimi mənəvi-əxlaqi dəyərləri də ehtiva etdiyini qeyd edib. Araşdırılmış sübutların məcmusu əsasında konkret işdə bu münasibətlərin ciddi şəkildə pozulduğu qənaətinə gəlinib.
Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunub və cavabdeh anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib. Qətnaməyə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə mirasın açıldığı andan qüvvədə olacaq.
Müştərilərin xəbərləri
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 7 d. əvvəl
-
-
18 d. əvvəl
Məhkəmə anasına qarşı sərt davranan övladı miras payından məhrum etdi
-
32 d. əvvəl
Zərgərlik bazarında yeni qaydalar hazırlanır – İlk dövlət standartı müzakirədədir
- 44 d. əvvəl
-
51 d. əvvəl
İnvestorlara 15% illik gəlir – BOKT-a daha 2 milyon manat pul lazımdır
-
1 saat əvvəl
İnvestorlar üçün yeni 15%-lik istiqraz – Yerləşdirmə noyabrda keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft Fondu Kanadada nəhəng investorlarla masaya oturdu – Yeni investisiya imkanları müzakirə edildi
-
1 saat əvvəl
"ABB İnnovasiya" şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi
-
1 saat əvvəl
Yaponiyadan gətirilən duzda uyğunsuzluq aşkarlandı – Məhsullar məhv edildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
Sentyabrın 18-də gözlənilən hava şəraiti
170 min ton tullantı, 30 min tonluq anbarlar, 280 mənzil - Dövlət özəl investorları 3 böyük layihəyə dəvət edir
Neft Fondu Kanadada nəhəng investorlarla masaya oturdu – Yeni investisiya imkanları müzakirə edildi
Ən çox oxunanlar
"ABB İnnovasiya" şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi
Qazaxıstana daha bir birbaşa reys – AZAL Aktöbəyə uçmağa başladı




























