Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb ®
Bir ekosistemi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi “Arzumuz var!” təqaüd proqramına dəstək verməyə davam edir. Proqramın məqsədi Bakı və bölgələrdən olan qızların ali təhsilə hazırlığına, şəxsi və peşəkar inkişafına, gələcək karyera seçimlərinə dəstək olmaqdır.
Proqramın ikinci ilində daha altı iştirakçı ali məktəbə qəbul olub. Məryam Rzayeva ADİU-da statistika, Zərifə Əbdülxalıqova Qarabağ Universitetində biologiya, Şəbnəm Zülfiyeva BSU-da tərcüməçilik, Aynur Şıxverdiyeva ADPU-da məktəbəqədər təhsil, Zeynəb Kərimli və Nəzrin Abbasova isə Qərbi Kaspi Universitetində su bioehtiyatları və akvakultura ixtisasları üzrə təhsil alacaqlar. Binə, Buzovna, Qusar və Ağcabədidən olan gənclərin dördü ödənişsiz əsaslarla, ikisi isə Bir ekosisteminin dəstəyi ilə təhsil alacaq.
“Qızların təhsilinə sərmayə yatırmaq, əslində, gələcəyə edilən investisiyadır”, – deyə Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid Hidayətzadə gənclərlə görüşdə bildirib. “Bizim üçün “Arzumuz var!” təkcə təhsil imkanının yaradılması deyil. Bu, qızların potensialını kəşf etməsi, müstəqil qərarlar verməsi və cəmiyyətdə öz yerini inamla tutması üçün yaradılmış güclü bir platformadır. İnanırıq ki, bugünkü imkanlar sabahın daha intellektual və hazırlıqlı nəslini formalaşdıracaq”.
Daha sonra çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, qurumun bu istiqamətdəki fəaliyyətinə diqqət çəkib: “Dövlət Komitəsi olaraq tərəfdaşlarımızla birgə 2021-ci ildən etibarən “Qızların təhsilinə dəstək” layihəsini uğurla həyata keçiririk. Əsas məqsədimiz yüksək potensiala malik qızlarımızın ali təhsilə əlçatanlığını təmin etməkdir. Bu gün həmin layihənin önəmli qolu olan - Bir ekosistemlə birgə həyata keçirdiyimiz “Arzumuz var” proqramı çərçivəsində tələbə adı qazanan bütün qızlarımızı təbrik edir, onlara təhsil həyatlarında davamlı uğurlar arzulayıram”.
“Arzumuz var!” proqramının dəstəyi qızların universitetə qəbul olunması ilə yekunlaşmır. Təqaüdçülər il ərzində mentorluq dəstəyi alır, stresin idarə olunması, ictimai nitq və vaxtın idarə edilməsi kimi mövzularda təlimlərə qatılırlar. Rəqəmsal bacarıqlarını inkişaf etdirmələri üçün zəruri texniki imkanlarla təmin olunan iştirakçılar real iş mühiti ilə də tanış olmaq imkanı əldə edirlər. Növbəti mərhələdə dəstək tədbirlərinin qızların şəxsi və peşəkar inkişafına yönəldilməsi nəzərdə tutulur. Onların yeni bacarıqlar qazanması, təcrübə proqramlarında iştirak etməsi və gələcək peşə seçimlərini maraq və bacarıqlarına uyğun daha inamla formalaşdırması üçün imkanlar yaradılacaq.
Hazırda proqramın İsmayıllı, Qax, Lənkəran, Qusar və Xocalıdan olan daha yeddi iştirakçısı növbəti ilin qəbul imtahanlarına hazırlaşır. Ötən il tələbə adını qazanan beş gənc isə artıq universitetdə ikinci təhsil ilinə başlayıb və Bir ekosistemi onların təhsil və inkişaf yolunda dəstəyini davam etdirir.
Bir Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol Azərbaycan və BakıKart-la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Daha ətraflı: bir.az
Müştərilərin xəbərləri
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: “Arzumuz var!” proqramı ilə daha 6 gənc tələbə adını qazanıb ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
- 24 d. əvvəl
-
-
31 d. əvvəl
İnvestorlara 15% illik gəlir – BOKT-a daha 2 milyon manat pul lazımdır
-
51 d. əvvəl
İnvestorlar üçün yeni 15%-lik istiqraz – Yerləşdirmə noyabrda keçiriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft Fondu Kanadada nəhəng investorlarla masaya oturdu – Yeni investisiya imkanları müzakirə edildi
-
1 saat əvvəl
"ABB İnnovasiya" şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi
-
1 saat əvvəl
Yaponiyadan gətirilən duzda uyğunsuzluq aşkarlandı – Məhsullar məhv edildi
-
1 saat əvvəl
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
-
1 saat əvvəl
Qazaxıstana daha bir birbaşa reys – AZAL Aktöbəyə uçmağa başladı
-
1 saat əvvəl
FAB Şirkətlər Qrupu Mərkəzi Asiya bazarında fəaliyyətini genişləndirir
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
InvestAZ-dan izləyicilərinə hər ayın sonunda böyük hədiyyə! ®
170 min ton tullantı, 30 min tonluq anbarlar, 280 mənzil - Dövlət özəl investorları 3 böyük layihəyə dəvət edir
"ABB İnnovasiya" şirkəti Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi
Ən çox oxunanlar
Qazaxıstana daha bir birbaşa reys – AZAL Aktöbəyə uçmağa başladı
Azərbaycan xaricdən süd məhsulları alışına daha çox pul xərcləyib
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb ®
“Bank Respublika”da növbədənkənar yığıncaq keçiriləcək

























