Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

170 min ton tullantı, 30 min tonluq anbarlar, 280 mənzil - Dövlət özəl investorları 3 böyük layihəyə dəvət edir

Şəmkir, Tovuz və Gədəbəydə 30 min tonluq soyuducu anbarlar yaradılacaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
170 min ton tullantı, 30 min tonluq anbarlar, 280 mənzil - Dövlət özəl investorları 3 böyük layihəyə dəvət edir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 2027-ci ildə ekologiya, kənd təsərrüfatı və sosial sahələri əhatə edən 3 dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.

Marja.az xəbər verir ki, Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. İqtisadiyyat Nazirliyi potensial özəl tərəfdaşları həmin layihələrdə iştiraka dəvət edir.

Reklam_3_11

Təsdiqlənmiş layihələr Quba-Xaçmaz bölgəsində tullantıların idarə olunması, qərb rayonlarında kənd təsərrüfatı məhsulları üçün soyuducu anbarların yaradılması, həmçinin müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələrinin mənzillə təmin olunmasını əhatə edir.

Quba-Xaçmazda ildə 170 min ton tullantının idarə olunması

Birinci layihə Quba-Xaçmaz bölgəsində bərk məişət tullantılarının idarə olunmasını nəzərdə tutur. Layihə çərçivəsində tullantıların toplanması, daşınması, çeşidlənməsi və zərərsizləşdirilməsi sisteminin qurulması, sanitar poliqon və ötürücü məntəqələrin yaradılması planlaşdırılır.

Layihə Quba və Xaçmaz rayonlarında həyata keçiriləcək. Ehtimal olunan miqyas ildə 170 min ton, istismar müddəti isə 20 ildir.

Şəmkir, Tovuz və Gədəbəydə 30 min tonluq soyuducu anbarlar

İkinci layihə kənd təsərrüfatı məhsulları, əsasən kartof üçün müasir standartlara cavab verən soyuducu anbar komplekslərinin yaradılmasıdır.

Layihənin məqsədi məhsulların saxlanılması imkanlarını genişləndirmək, məhsul itkisinin azaldılmasına və fermerlərin ilboyu daha sabit satış imkanlarına çıxışına şərait yaratmaqdır.

Komplekslərin Şəmkir, Tovuz və Gədəbəy rayonlarında yaradılması nəzərdə tutulur. Layihənin ehtimal olunan ümumi tutumu 30 min ton, istismar müddəti 10 ildir.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunan şəxslər üçün 280 mənzil

Üçüncü layihə müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün mənzil təminatını nəzərdə tutur.

Layihənin Gəncə şəhəri və Quba rayonunda həyata keçirilməsi planlaşdırılır.

İlkin mərhələdə layihənin ehtimal olunan miqyası 280 mənzil müəyyən edilib. Mənzillərin yekun sayı növbəti mərhələlərdə dəqiqləşdiriləcək. Layihə üzrə istismar müddəti 30 il nəzərdə tutulur.

Layihələrlə maraqlanan potensial investorlar müvafiq müraciət formasını dolduraraq ppp@economy.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Dövlət-özəl tərəfdaşlığı nədir?

Dövlət-özəl tərəfdaşlığı dövlət xidmətlərinin göstərilməsi, bu xidmətlərlə bağlı infrastrukturun yaradılması və idarə olunması məqsədilə dövlət və özəl tərəfdaş arasında müqaviləyə əsaslanan əməkdaşlıq modelidir.

Azərbaycanda bu sahənin hüquqi bazası “Dövlət-özəl tərəfdaşlığı haqqında” 9 dekabr 2022-ci il tarixli, 691-VIQ nömrəli Qanunla müəyyən edilib. 2024-cü ildə isə dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını müəyyən edən ayrıca qaydalar təsdiqlənib.

İqtisadiyyat Nazirliyinin təqdim etdiyi yanaşmaya görə, dövlət-özəl tərəfdaşlığı dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin və dövlət xidmətlərinin keyfiyyətinin artırılması, özəl və xarici sərmayənin cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, regionların iqtisadi inkişafının dəstəklənməsi və yeni infrastrukturun yaradılması kimi məqsədlərə xidmət edir.

İş elanları AzVak.az-da

dövlət-özəl tərəfdaşlığı PPP Azərbaycan 2027 layihələri Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi özəl investorlar investisiya layihələri Quba-Xaçmaz tullantıları tullantıların idarə olunması soyuducu anbar Şəmkir Tovuz Gədəbəy şəhid ailələri üçün mənzil Gəncə Quba 280 mənzil 170 min ton tullantı 30 min ton soyuducu anbar dövlət-özəl tərəfdaşlığı layihələri xarici investisiya özəl sərmayə.
17.09.2026 11:34
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19