Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyəti və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyat üzrə hədəflərə nail olunması məqsədilə yaradılmış “İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib.

İclasda Strategiya üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

İclasda çıxış edən işçi qrupun sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Strategiya üzrə həyata keçirilən tədbirlərin ölkəmizdə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi inkişafın təmin olunmasında əhəmiyyətini vurğulayıb. Görüşdə işçi qrupunun fəaliyyət istiqamətləri üzrə tədbirlərin icra vəziyyəti, həmçinin İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlər çərçivəsində görülmüş işlər barədə məlumat verib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Təranə Salıfova Strategiyanın monitorinq və qiymətləndirilməsi çərçivəsində 2026-cı ilin 6 ayı ərzində görülmüş işlər və qarşıda duran fəaliyyət istiqamətləri barədə məlumat verib.

Daha sonra Strategiyada nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb, növbəti addımlar müəyyənləşdirilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi, həmçinin aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrupu yaradılıb.

17.09.2026 11:09
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19