Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan xaricdən süd məhsulları alışına daha çox pul xərcləyib

Süd və qaymaq idxalına çəkilən xərc 60% artıb
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan xaricdən süd məhsulları alışına  daha çox pul xərcləyib
iç səhifə xəbər şəkil altı (mobil)_32

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 15,1 min ton süd və qaymaq idxal edilib və buna 29,4 milyon dollar xərclənib.

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Bir il əvvəl idxal 10,6 min ton və 18,4 milyon dollar səviyyəsində idi. Miqdar 42,3%, idxal dəyəri isə 60% artıb.

Dəyərin fiziki həcmdən xeyli sürətli artması bir ton üzrə orta statistik idxal dəyərinin də yüksəldiyini göstərir. Hesablamaya görə, bu göstərici təxminən 12,5% artıb.

Kərə yağı idxalı azalıb - 17,5% daha az pul xərclənib

2026-cı ilin ilk 8 ayında Azərbaycana 16,5 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Bu məhsulların idxalına 102,4 milyon dollar xərclənib. 2025-ci ilin eyni dövründə 18,1 min ton məhsula 124,1 milyon dollar ödənilmişdi. Miqdar 8,7%, dəyər isə 17,5% azalıb.

İdxal dəyərinin fiziki həcmdən daha sürətli azalması bir ton üzrə orta statistik dəyərin də aşağı düşdüyünü göstərir. Hesablamaya görə, azalma təxminən 9,7% təşkil edir.

İş elanları AzVak.az-da

süd idxalı qaymaq idxalı süd məhsulları ərzaq idxalı Azərbaycan süd bazarı kərə yağı idxalı süd yağları Azərbaycan kərə yağı bazarı ərzaq idxalı
17.09.2026 10:23
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19