Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı

AzVak-mobil_resmin_ustu_31
FED faiz qərarını açıqladı - 2023-cü ildən bəri ilk dəfə faiz artırdı
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ Federal Ehtiyat Sistemi (FED - ABŞ Mərkəzi abnkı) faiz qərarını açıqlayıb.

Marja.az xəbər verir ki, gözlənildiyi kimi FED gecəlik faiz dərəcəsini 25 baza bəndi artıraraq hədəf diapazonunu 3,50% - 3,75% aralığından 3,75% – 4,00%-ə aralığına yüksəldib. Bu, Fed-in 2023-cü ildən bəri ilk faiz artımıdır.

Məqsəd davamlı artan inflyasiya problemini cilovlamaqdır. 

CME Group-un FedWatch alətinin fyuçers qiymətlərinə əsaslanan göstəricilərinə görə, treyderlər Federal Açıq Bazar Komitəsinin (FOMC) federal fondlar üzrə gecəlik faiz dərəcəsini 25 baza bəndi artıraraq hədəf diapazonunu 3,75–4,00%-ə yüksəldəcəyinə 90%-dən yüksək ehtimal verirdilər. Bir ay əvvəl bu ehtimal cəmi 36% idi. Həmin vaxt bazar zəif inflyasiya göstəricilərinin və FED sədri Kevin Warsh-un sərt pul siyasəti kursuna ehtiyatlı mövqeyinin faiz artımı gözləntilərini məhdudlaşdıracağını düşünürdü.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Neft qiymətlərindəki yüksəliş və ABŞ-da son dövrdə açıqlanan baza istehlak inflyasiyası göstəricilərinin gözləntilərdən yüksək olması fonunda valyuta bazarları FED-in bu iclasda faizləri 25 baza bəndi artırması ehtimalını 90%-dən yüksək qiymətləndirirdi.

Bloomberg-in sorğusunda iştirak edən iqtisadçıların bir hissəsi də son məlumatlardan sonra proqnozlarını dəyişərək 25 baza bəndlik faiz artımı gözlədiklərini bildirmişdilər. Reuters-in 14 sentyabr sorğusunda 101 iqtisadçıdan 86-sı Fed-in faiz diapazonunu 3,75–4,00%-ə qaldıracağını proqnozlaşdırmışdı.

ABŞ Prezidenti Donald Tramp bazar günü ABŞ-ın dünyada ən aşağı borclanma xərclərinə malik olmalı olduğu barədə mövqeyini yenidən ifadə etmişdi. Tramp son aylarda FED-in faiz siyasətini tənqid edib və daha aşağı faiz dərəcələrinin tərəfdarı olduğunu bildirib.

Kevin Uorşun Cerom Paueli əvəzləyərək Fed sədri vəzifəsinə başlamasından sonra Trampın mərkəzi banka yönəltdiyi tənqidlərin tonunda müəyyən yumşalma müşahidə olunub. Uorş 22 may 2026-cı ildə Fed sədri kimi and içib.

Bununla belə, Tramp digər FED rəsmilərini siyasi mövqe tutmaqda ittiham edib və Uorşun faizləri artırması üçün təzyiq altında olduğunu iddia edib. Reuters də Trampın faizlərin aşağı salınması tələblərinin FED rəhbərliyi üzərində siyasi təzyiq yaratdığını qeyd edib.

Uorş isə avqustun sonunda çıxışında baza qiymət təzyiqlərində nəzərəçarpacaq yaxşılaşmanın baş vermədiyini bildirmiş və inflyasiyanın FED-in 2%-lik hədəfinə doğru irəlilədiyinə dair yeni sübutlar olmadığı halda mərkəzi bankın görüləsi işi olduğunu vurğulamışdı.

FED-in bundan sonrakı faiz siyasətinə dair siqnallar baxımından Uorşun açıqlamaları və Federal Açıq Bazar Komitəsinin (FOMC) yenilənmiş iqtisadi proqnozları bazarlar tərəfindən yaxından izlənilir.

İş elanları AzVak.az-da

16.09.2026 22:00
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19