970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi

AzVak-mobil_resmin_ustu_31
30 gün, 30 000 kilometr: JAECOO J8 SHS Azərbaycanda canlı yayımda sınaqdan keçdi
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) Ölkədə ilk dəfə bir avtomobil bir ay boyunca 7/24 kameralar qarşısında — şəhər tıxaclarından tutmuş dəniz qumu və dağ yollarına qədər — real şəraitdə yoxlanıldı.

30 000 kilometr orta sürücünün təxminən iki ilə qət etdiyi məsafədir.  JAECOO J8 SHS bu yolu 30 günə getdi — qapalı poliqonda deyil, ölkənin açıq yollarında və bütün proses boyunca canlı yayım altında. Sükan arxasında növbələr dəyişdi, hava və yol örtüyü dəyişdi; dəyişməyən yeganə şey avtomobilin qrafikə uyğun hərəkətdə olması idi.

Azərbaycanda ilk dəfə həyata keçirilən “Limitless Drive” layihəsi beləcə yekunlaşıb. 7/24 rejimində hərəkət edən Avropada ən sürətli inkişaf edən avtomlbil brendi adını qazanan JAECOO-nun nümayəndəsi J8 SHS plug-in hibrid modeli 30 gün ərzində 30 000 kilometr qət edib, marşrutlara Bakı ilə yanaşı Quba, Gəncə və Cəlilabad istiqamətləri daxil olub.

Layihə bir baxışda

Müddət: 30 gün, 7/24 rejimində hərəkət və canlı yayım

Məsafə: təxminən 30 000 kilometr

Avtomobil: JAECOO J8 SHS — plug-in hibrid (PHEV)

Testlər: qum, dağ yolları, yanacaq sərfiyyatı, dinamik sınaqlar

Texniki qulluq: reqlament üzrə, layihə ərzində 4 dəfə mühərrik yağının dəyişdirilməsi

Şəffaflıq: bütün proses sosial mediada canlı yayımda; müxtəlif influenserlər avtomobili şəxsən test ediblər

Dayanmadan, lakin qaydalara uyğun

Layihənin şərti avtomobili sınaqdan çıxarmaqla yanaşı, onun gündəlik istismar reqlamentinə sadiq qalaraq nə qədər davamlı işlədiyini də göstərməkdir. Bu səbəbdən 30 gün ərzində JAECOO J8 SHS-in dövri texniki qulluğu vaxtında həyata keçirilib və mühərrik yağı 4 dəfə dəyişdirilib. Avtomobildə Britaniya mənşəli Granville mühərrik yağından və Westlake təkərlərindən istifadə olunub. Qeyd edək ki, reqlament üzrə düzgün istismar olunarsa istehsalçı avtomobilə 7 il 200000 km zəmanət verir. 

Sınaq proqramına qum örtüyündə keçidlilik, dağlıq ərazilərdə yoxuş və eniş davranışı, şəhər və şosse rejimlərində yanacaq sərfiyyatı, həmçinin dinamik sürətlənmə testləri daxil olub. Müxtəlif vaxtlarda tanınmış influenserlər də sükan arxasına keçərək öz təəssüratlarını auditoriya ilə bölüşüblər.

Yekun tədbir və nəticə

Layihənin Final Hesabat Tədbiri “Otodok” servis mərkəzində keçirilib. Tədbirdə sınağın nəticələri və avtomobilin bir aylıq intensiv istismardan sonrakı texniki vəziyyəti təqdim olunub; keçirilən ətraflı baxış JAECOO J8 SHS-in 30 000 kilometrdən sonra da qrafikə uyğun istismara hazır olduğunu göstərib.

“Biz avtomobilin imkanları haqqında danışmaq əvəzinə onu bir ay boyunca hamının gözü qarşısında yoxladıq. Ən vacib nəticə qət edilən məsafə deyil — JAECOO J8 SHS-in 30 000 kilometrdən sonra ilk gündəki kimi yola çıxmağa hazır olmasıdır,” — deyə Əli Əhədov, Imotors MMC-nin direktoru bildirib.

JAECOO və Imotors MMC haqqında

JAECOO — Chery qrupuna daxil yalnız ekport üçün istehsal olunan premium SUV brendidir. Brend Avropa, Cənubi Amerika, Afrika, yaxın və uzaq şərq və s. bazarları əhatə etməklə 60 dan çox ölkədə rəsmi təmsil olunur. Qısa zamanda bazara çıxmasına baxmayaraq Böyük britaniyada 2026-cı ilin ilk kvartalında satış üzrə ikinci yerdə olub. Azərbaycanda JAECOO və OMODA brendlərinin rəsmi distribyutoru Imotors MMC-dir şirkətidir.

JAECOO J8 SHS JAECOO Azərbaycan JAECOO J8 Limitless Drive 30 000 kilometr 30 min km avtomobil testi plug-in hibrid PHEV Imotors MMC JAECOO test avtomobil sınağı hibrid avtomobil Chery Group JAECOO OMODA avtomobil bazarı JAECOO zəmanət 7 il 200 000 km zəmanət Granville mühərrik yağı Westlake təkərləri Otodok servi
16.09.2026 10:45
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19