Fiziki şəxslər xarici ticarətdən sürətlə çəkilir – say 16,6 min azalıb
Xarici ticarətdə iştirak edənlərin sayı 16,5 min və ya 30% azalıb2026-cı ilin ilk 8 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarında 37 min 474 iştirakçı qeydə alınıb. Onların 27 min 354-ü fiziki, 10 min 120-si hüquqi şəxs olub. Hüquqi şəxslərin 145-i dövlət, 9 min 975-i özəl sektorun payına düşüb. Bir il əvvəl xarici ticarət iştirakçılarının sayı 54 min 13 idi. Bunun 43 min 965-i fiziki, 10 min 48-i hüquqi şəxs idi.
Marja.az Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illər üzrə aylıq ixrac və idxal statistikasının müqayisəsi əsasında müəyyən edib ki, ümumi iştirakçı sayı 30,6%, fiziki şəxslərin sayı isə 37,8% azalıb. Hüquqi şəxslərin sayı əksinə, 0,7% artıb.
Bu mənzərə xarici ticarət dövriyyəsinin 3,5% böyüdüyü bir şəraitdə əməliyyatların daha az sayda iştirakçı üzərində cəmləşdiyini göstərir.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
İdxalın 83%-i artıq özəl sektorun payına düşür
2026-cı ilin ilk 8 ayında özəl sektorun idxalı 9 milyard 434,5 milyon dollar olub və ümumi idxalın 82,59%-ni təşkil edib. Dövlət sektorunun idxalı isə 998,6 milyon dollara düşərək 8,74% paya sahib olub. 2025-ci ilin eyni dövründə dövlət sektorunun idxalı 4 milyard 967,9 milyon dollar, özəl sektorun idxalı isə 8 milyard 691 milyon dollar idi. Dövlət sektorunun payı 33%, özəl sektorun payı 57,74% təşkil edirdi.
Beləliklə, dövlət sektorunun idxalı 79,9% azalıb, özəl sektorun idxalı isə ümumi idxalın azalmasına baxmayaraq 8,6% artıb.
Bu dəyişiklik ümumi idxaldakı 3,63 milyard dollarlıq azalmanın mühüm hissəsinin dövlət sektoru ilə bağlı olduğunu göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















