“McDonald’s Azərbaycan” şəhid ailələrinin 1-ci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi - FOTO
Şəhid övladlarına məktəb sevinci. “McDonald’s Azərbaycan”dan 194 şəhid övladına yeni dərs ili üçün dəstək. Şirkət şəhid övladlarına məktəb ləvazimatları ilə təchiz olunmuş çantalar hədiyyə etdi.Yeni tədris ili ərəfəsində “McDonald’s Azərbaycan” Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə birlikdə şəhid ailələrinin uşaqlarına dəstək ənənəsini davam etdirir.
Artıq üçüncü ildir ki, “McDonald’s Azərbaycan” Azərbaycanın hər yerində şəhid ailələrindən olan birinci sinif şagirdlərinə zəruri məktəb ləvazimatları ilə təchiz olunmuş məktəb çantaları təqdim edir.
Bu il ölkə üzrə 194 birinci sinif şagirdi olan şəhid övladı məktəb ləvazimatları ilə təmin edilib. Məktəb dəstləri Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təhvil verildi, Fond isə öz növbəsində onların ölkənin müxtəlif bölgələrində yaşayan uşaqlara çatdırılmasını təmin edib.
Bakıda yaşayan birinci sinif şagirdi olan şəhid övladları üçün “McDonald’s” restoranında yeni tədris ilinin başlanması münasibətilə bayram tədbiri təşkil olunub. Uşaqlara “McDonald’s” tərəfindən müxtəlif təamlar təqdim edilib, animatorların iştirakı ilə əyləncəli proqram təşkil olunub, həmçinin zəruri məktəb ləvazimatları ilə təchiz edilmiş məktəb çantaları hədiyyə edilib.
Layihə “McDonald’s Azərbaycan” ilə Dövlət Sosial Müdafiə Fondu arasında imzalanmış müvafiq memorandumla təsbit olunmuş uzunmüddətli tərəfdaşlıq çərçivəsində həyata keçirildi. Bu əməkdaşlıq çərçivəsində şirkət şəhid və veteran ailələrinin uşaqlarına dəstək məqsədilə korporativ sosial məsuliyyət layihələrini ardıcıl şəkildə həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















