Rusiya Azərbaycanın qeyri-neft məhsulları üçün ən böyük bazar olaraq qalır
2026-cı ilin yanvar-iyul aylarında Rusiya Federasiyası Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac bazarı olub.
Marja.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən, hesabat dövründə Azərbaycandan Rusiyaya 731,7 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mallar ixrac edilib. Göstərici qeyri-monetar qızıl nəzərə alınmadan hesablanıb.
Beləliklə, 7 ayda Azərbaycanın 2,5 milyard dollarlıq qeyri-neft ixracının təxminən 29%-i Rusiya bazarının payına düşüb.
Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr arasında böyük fərqlə birinci yerdə qərarlaşıb. Yanvar-iyul aylarında Türkiyəyə 390,6 milyon dollar, Gürcüstana 328,1 milyon dollar, İsveçrəyə 251,6 milyon dollar, Ukraynaya isə 85 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
İyul ayında da Rusiya Azərbaycanın qeyri-neft ixracında ən böyük bazar olub.
Təkcə 2026-cı ilin iyul ayında Azərbaycandan Rusiyaya 135,5 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul göndərilib. Bu, həmin ay Azərbaycanın 384,8 milyon dollarlıq qeyri-neft ixracının təxminən 35,2%-nə bərabərdir.
Müqayisə üçün, həmin ay Gürcüstana 48,3 milyon dollar, Türkiyəyə 39,8 milyon dollar, İsveçrəyə 37,7 milyon dollar, İspaniyaya isə 19,6 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















