Şaftalı iyulda Azərbaycanın qeyri-neft ixracında 1-ci olub
Şaftalı qızılı qabaqlayıb: İyulun ixrac lideri şaftalı olun – 46,8 milyon dollar gəlir2026-cı ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında şaftalı və nektarinlər ilk sırada yer alıb.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, iyul ayında ölkədən 46,8 milyon ABŞ dolları dəyərində şaftalı və nektarinlər ixrac edilib.
Bununla da şaftalı və nektarinlər iyul ayında ixrac edilmiş qeyri-neft sektoruna aid mallar arasında birinci yeri tutub.
Siyahıda 37,2 milyon ABŞ dolları ilə qızıl ikinci, 28,7 milyon ABŞ dolları ilə polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər məhsullar isə üçüncü olub.
Ümumilikdə, 2026-cı ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni ayı ilə müqayisədə 15,8% artaraq 384,8 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı isə (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
2026-cı ilin yanvar-iyul aylarında isə (qeyri-monetar qızıl istisna olmaqla) ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (239,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (172 milyon ABŞ dolları) ikinci, mis filizləri və konsentratları (152 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















