970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

“Azəripək” “Azərxalça”ya birləşdirilir – “Azəripək”in özəlləşdirilməsi dayandırılır

AzVak-mobil_resmin_ustu_31
“Azəripək” “Azərxalça”ya birləşdirilir – “Azəripək”in özəlləşdirilməsi dayandırılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Marja xəbər verrir ki, Fərmana əsasən, “Azərxalça” ASC “Azəripək” ASC-nin ona qoşulması formasında yenidən təşkil ediləcək. Bununla da ipəkçilik və xalçaçılıq sahələrinin vahid idarəetmə mərkəzində birləşdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, “Azəripək” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılıb.

Yeni modelə əsasən, “Azərxalça” ölkədə ipəkçilik və xalçaçılığın inkişafı, təbliği və təşviqi, istehsal, emal, satış və ixrac fəaliyyətinin təşkili, xammal bazasının inkişaf etdirilməsi, milli sənətkarlıq irsinin qorunması və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərəcək.

“Azərxalça” “Azəripək”in hüquqi varisi olacaq. “Azəripək”in bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı “Azərxalça”ya keçəcək.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Qax Rayon Damazlıq İpəkçilik Stansiyası da əmlakı ilə birlikdə “Azərxalça”nın tabeliyinə veriləcək. Məqsəd baramaçılıqda damazlıq işinin vahid sistem üzrə təşkilidir.

“Azərxalça”nın cari fəaliyyətinə üç nəfərdən – İdarə Heyətinin sədrindən və iki müavindən ibarət İdarə Heyəti rəhbərlik edəcək.

İş elanları AzVak.az-da

Nazirlər Kabinetinə üç ay müddətində “Azərxalça”nın yeni nizamnaməsini, strukturunu və nizamnamə kapitalının miqdarını Prezidentlə razılaşdırmaqla təsdiq etmək tapşırılıb.

Hökumət həmçinin altı ay ərzində ölkədə istehsal olunan yaş baramanın daxili emalının genişləndirilməsi, ipəkçilik üzrə tam istehsal zəncirinin formalaşdırılması və yüksək əlavə dəyər yaradan ipək məhsullarının istehsalının artırılması ilə bağlı təkliflər hazırlamalıdır.

“Azəripək”in əmlakının da altı ay müddətində “Azərxalça”nın balansına verilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi isə yeni nizamnamə kapitalının məbləği ilə bağlı Maliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini iki ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir.

Fərmanda subsidiya mexanizmləri ilə bağlı da mühüm tapşırıq yer alıb. Aqrar Subsidiya Şurasına ölkədə istehsal edilərək tədarükçülərə təhvil verilən yaş baramaya və tut bağlarının salınmasına görə verilən subsidiyaların məbləğinə yenidən baxmaq tapşırılıb.

Bundan başqa, “Azərxalça” xalçaçılıq, baramaçılıq və ipəkçilik ənənələrinin Azərbaycanda və xaricdə tanıdılması, məhsulların brendləşdirilməsi və ixracının təşviqi ilə bağlı təkliflər hazırlayacaq.

Bu təkliflər İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və Şəki Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılaraq altı ay müddətində Prezidentə təqdim ediləcək.

Fərmanla ipəkçilik və xalçaçılıqda idarəetmənin bir mərkəzdə cəmləşdirilməsi, xammaldan hazır məhsula qədər tam istehsal zəncirinin yaradılması, ixrac potensialının artırılması və milli sənətkarlıq irsinin iqtisadi dəyərə çevrilməsi hədəflənir.

“Azərxalça” yeni hüquqi statusda dövlət qeydiyyatına alınanadək “Azərxalça” və “Azəripək” öz fəaliyyətlərini mövcud qaydada davam etdirəcəklər.

İş elanları AzVak.az-da

XXX

Prezident İlham Əliyev Azərbaycanda ipəkçiliyin və xalçaçılığın inkişafı, milli sənətkarlıq irsinin qorunması və təbliği üzrə əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

“İpəkçilik və xalçaçılıq Azərbaycan xalqının zəngin tarixi-mədəni irsində mühüm yer tutan, kənd təsərrüfatı və yüngül sənaye sahələri ilə sıx əlaqədə formalaşmış ənənəvi sənətkarlıq sahələridir. Bu sahələrin inkişafı qeyri-neft-qaz sektorunun şaxələndirilməsinə, regionlarda məşğulluğun artırılmasına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, habelə milli mədəni irsin qorunmasına və təbliğinə mühüm töhfə verir.

İpəkçiliyin və xalçaçılığın davamlı inkişafı məqsədilə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, istehsal zəncirinin bütün mərhələləri üzrə əlaqələndirmənin gücləndirilməsi və xammal bazasının möhkəmləndirilməsi zəruridir. Bununla yanaşı, məhsulların keyfiyyətinin yüksəldilməsi, sənətkarlıq ənənələrinin və toxuculuq məktəblərinin qorunub inkişaf etdirilməsi, elmi tədqiqat fəaliyyətinin və peşəkar kadr hazırlığının genişləndirilməsi, habelə yerli məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.

Fərmanla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti “Azəripək” Açıq Səhmdar Cəmiyyətinin ona qoşulması formasında yenidən təşkil ediləcək.

Cəmiyyət tərəfindən baramaçılığın damazlıq işinin təşkili məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Qax Rayon Damazlıq İpəkçilik Stansiyası əmlakı ilə birlikdə Cəmiyyətin tabeliyinə verilir.

“Azəripək” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi prosesi dayandırılır.

Fərmanla müəyyən edilib ki, Cəmiyyət ölkədə ipəkçiliyin və xalçaçılığın inkişafını, təbliğini və təşviqini, bu sahədə istehsal, emal, satış və ixrac fəaliyyətinin həyata keçirilməsini, xammal bazasının inkişaf etdirilməsini, milli sənətkarlıq irsinin qorunmasını və bu sahələrdə fəaliyyətin vahid mərkəzdən əlaqələndirilməsini təmin edən kommersiya hüquqi şəxsidir.

Cəmiyyət “Azəripək” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

Cəmiyyətin yenidən təşkili və ləğvi;

Cəmiyyətin icra orqanının yaradılması;

Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

İş elanları AzVak.az-da

Azərxalça Azəripək Azəripək ASC Azərxalça ASC İlham Əliyev Prezident Fərmanı ipəkçilik xalçaçılıq baramaçılıq yaş barama barama subsidiyası tut bağları tut bağlarına subsidiya Qax Rayon Damazlıq İpəkçilik Stansiyası ipək istehsalı ipək emalı ipək ixracı xalça ixracı sənətkarlıq milli sənətkarlıq irsi qeyri-neft sektoru kənd təsərrüfatı yüngül sənaye özəlləşdirmə Azəripək özəlləşdirilməsi ixrac potensialı tam istehsal zənciri İqtisadiyyat Nazirliyi Kənd Təsərrüfatı Nazirliyi Aqrar Subsidiya Şurası Azərbaycan ipəkçiliyi Şəki ipəkçiliyi
25.08.2026 16:36
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19