Qeyri-neft ixracı 3 dəfəyə yaxın artıb – Əsas səbəb qızıldır
2026-cı ilin ilk 7 ayında Azərbaycanın qeyri-neft-qaz ixracı 5 milyard 933 milyon 171 min dollara çatıb.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövründə göstərici 2 milyard 87 milyon 970 min dollar idi. Beləliklə, ixrac 3 milyard 845 milyon 201 min dollar və ya 184,2 faiz artıb.
Qeyri-neft-qaz məhsullarının ümumi ixracdakı payı 13,7 faizdən 30,7 faizə yüksəlib. Lakin artımın böyük hissəsi 3,7 milyard dollarlıq qızıl ixracından formalaşıb.
Azərbaycan 24,52 ton qızıl ixrac edib
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycandan 24,52 ton işlənməmiş, yarımişlənmiş və ya toz şəklində qızıl ixrac edilib. Qızıl ixracının statistik dəyəri 3 milyard 707 milyon 828 min dollar təşkil edib. Bu məhsul ümumi ixracın 19,2 faizini, qeyri-neft-qaz ixracının isə 62,5 faizini formalaşdırıb.
Qızıl xam neft və təbii qazdan sonra Azərbaycanın dəyər ifadəsində üçüncü ən böyük fərdi ixrac məhsulu olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















