Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Neft məhsullarının ixracı 2,4 dəfə artıb

Neft məhsullarından əlavə 250 milyon dollar gəlir. İxrac həcmi 62 faiz, gəlir 144 faiz artıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Neft məhsullarının ixracı 2,4 dəfə artıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Xam neftdən başqa bitumlu süxurlardan alınmış neft və neft məhsullarının ixracı 2026-cı ilin ilk 7 ayında 546 min 348 tona çatıb.

2025-ci ilin eyni dövründə 336 min 683 ton məhsul ixrac edilmişdi. Həcm 209 min 665 ton və ya 62,3 faiz artıb.

Reklam_3_11

İxracın dəyəri isə 173 milyon 455 min dollardan 423 milyon 575 min dollara yüksəlib. Artım 250 milyon 120 min dollar və ya 144,2 faiz təşkil edib. Bir ton məhsulun orta statistik dəyəri 515 dollardan 775 dollara çatıb.

İş elanları AzVak.az-da

Neft koksunun ixracı 72 faiz artıb

2026-cı ilin ilk 7 ayında Azərbaycandan 151 min 119 ton neft koksu ixrac edilib. İxracın dəyəri 59 milyon 921 min dollar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac həcmi 38 min 604 ton və ya 34,3 faiz, dəyəri isə 25 milyon 9 min dollar və ya 71,6 faiz artıb.

Bir ton neft koksunun orta statistik ixrac dəyəri 310 dollardan 397 dollara yüksəlib. Artım 27,8 faiz təşkil edib.

Neft bitumu ixracı 2,7 dəfə artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycandan 9 min 768 ton neft bitumu ixrac edilib. İxracın dəyəri 2 milyon 880 min dollar olub.

2025-ci ilin eyni dövrü ilə müqayisədə fiziki həcm 5 min 667 ton və ya 138,2 faiz artıb. İxrac dəyəri isə 1 milyon 808 min dollar və ya 168,6 faiz yüksəlib.

Bir ton bitumun orta statistik ixrac dəyəri 261 dollardan 295 dollara çatıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

neft məhsulları ixracı emal məhsulları neft gəlirləri Azərbaycan ixracı neft sənayesi neft koksu neft koksu ixracı neft emalı neft bitumu bitum ixracı yol tikintisi materialları neft məhsulları Azərbaycan ixracı Azərbaycan ixracı sənaye məhsulları
17.08.2026 12:30
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19