Azercell-in “Oflayn Qadınlar” layihəsi beynəlxalq Stevie® mükafatına layiq görülüb ®
Qadınların çətin həyat şəraitində zəruri məlumat və dəstək resurslarına çıxışını təmin edən sosial təşəbbüs Avropanın ən yaxşı KSM proqramları sırasında yer alıbAzercell-in çətin həyat şəraitində olan qadınlara dəstək məqsədilə həyata keçirdiyi “Oflayn Qadınlar” sosial təşəbbüsü beynəlxalq səviyyədə növbəti uğura imza atıb.
Layihə 23-cü “International Business Awards®” müsabiqəsində Avropa üzrə “İlin Korporativ Sosial Məsuliyyət Proqramı” (“Corporate Social Responsibility Program of the Year in Europe”) kateqoriyasında Gümüş Stevie® mükafatına layiq görülüb.
“Oflayn Qadınlar” zorakılığa məruz qalan və ya zorakılıq riski ilə üzləşən qadınların hüquqları, yardım mexanizmləri və mövcud dəstək xidmətləri haqqında zəruri məlumatlara maneəsiz çıxışını təmin edən rəqəmsal platformadır. Texnologiyanın imkanlarını konkret sosial problemin həllinə yönəldən layihə xüsusilə həssas vəziyyətdə olan və təcili dəstəyə ehtiyac duyan qadınlar üçün kritik məlumatları əlçatan edir.
Layihənin əsas fərqləndirici xüsusiyyəti saytdan mobil balansdan asılı olmayaraq yaranlanmağın mümkün olmasıdır. Belə ki, Azercell abunəçiləri aktiv internet paketi və ya balansları olmadığı halda belə oflaynqadinlar.az platformasına daxil olaraq ehtiyac duyduqları məlumat və dəstək resurslarından yararlana bilirlər.
Dünyanın aparıcı biznes mükafatları proqramlarından biri olan “International Business Awards®”ın 2026-cı il müsabiqəsinə 82 ölkədən 3400-dən artıq müraciət təqdim olunub. Müxtəlif sahələri təmsil edən təşkilatlar beynəlxalq biznes ictimaiyyətinin 300-dən çox müstəqil eksperti tərəfindən qiymətləndirilib. Belə yüksək rəqabət şəraitində “Oflayn Qadınlar” layihəsinin Avropa üzrə Gümüş Stevie® mükafatına layiq görülməsi Azercell-in sosial innovasiya sahəsində həyata keçirdiyi təşəbbüsün beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Azercell korporativ sosial məsuliyyət fəaliyyətini uzunmüddətli sosial dəyərin yaradılması, rəqəmsal imkanlara çıxışın genişləndirilməsi və həssas qrupların dəstəklənməsi istiqamətində davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















