Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin İsveç və Latviyadakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə bağlı bir sıra sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov vəzifəsindən geri çağırılıb. Eyni zamanda, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov bu vəzifədən azad edilərək İsveçə səfir təyin olunub.

Reklam_3_11

Latviyaya isə yeni səfir təyin edilib.

Zaur Əhmədov dörd ölkədəki səfir vəzifəsindən geri çağırılıb

Prezidentin 12 avqust 2026-cı il tarixli Sərəncamı ilə Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Zaur Əhmədov İsveçdəki səfir vəzifəsi ilə yanaşı, Azərbaycanın Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında da fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərirdi.

Sərəncama əsasən, o, bu ölkələrdəki səfir vəzifələrindən də geri çağırılıb.

Elnur Sultanov Latviyadan geri çağırıldı, İsveçə səfir göndərildi

Prezidentin digər Sərəncamı ilə Elnur İxtiyar oğlu Sultanov Azərbaycanın Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Ardınca imzalanan yeni Sərəncamla Elnur Sultanov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Beləliklə, Elnur Sultanov diplomatik fəaliyyətini Latviyadan sonra İsveçdə davam etdirəcək.

Qeyd edək ki, Elnur Sultanovun İsveçə təyinatı ilə bağlı Sərəncamda onun Danimarka, Finlandiya və Norveçdə də səfir kimi akkreditasiya olunması nəzərdə tutulmayıb.

Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı yeni səfiri oldu

Prezident İlham Əliyevin daha bir Sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Beləliklə, Elnur Sultanovun İsveçə göndərilməsindən sonra Azərbaycanın Latviyadakı diplomatik missiyasına Nərminə Mustafayeva rəhbərlik edəcək.

Bütün sərəncamlar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndinə uyğun olaraq imzalanıb və 12 avqust 2026-cı il tarixlidir.

İş elanları AzVak.az-da

12.08.2026 11:27
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19