970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

50 milyon manatlıq istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib

Kapital Bank buraxır – Faizlər hər ay ödəniləcək
AzVak-mobil_resmin_ustu_31
50 milyon manatlıq istiqrazlar barədə  “Ticarətə İcazə” qərarı verilib

“Kapital Bank” ASC 50 milyon manat həcmində istiqrazları yerləşdiriləcək. 

Marja.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, AZ2018005150 ISIN kodlu istiqrazların yerləşdirilməsi 5 avqust 2026-cı il tarixində keçiriləcək.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz dövriyyəyə buraxılacaq.

İstiqrazlar investorlar üçün illik 10% gəlirlilik təklif edir. Faiz ödənişləri istiqrazların yerləşdirildiyi tarixdən etibarən hər 30 təqvim günündən bir həyata keçiriləcək. Qiymətli kağızların tədavül müddəti bir ildir.

İstiqrazların tam yerləşdirilməsi halında “Kapital Bank” investorlarına bir il ərzində ümumilikdə 5 milyon manat faiz ödəyəcək. Bu isə hər ay təxminən 416,7 min manatlıq faiz ödənişi deməkdir.

İstiqrazların abunə yazılışı 3 iyul 2026-cı il tarixində başlayıb və 1 avqust 2026-cı ildə başa çatıb. Qiymətli kağızlar kütləvi təklif və abunə yazılışı üsulu ilə yerləşdirilir.

Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Qeyd edək ki, Bakı Fond Birjasının Listinq Komitəsinin 1 iyul 2026-cı il tarixli qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

03.08.2026 11:17
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19