Azərbaycanın polad nəhəngi ixracını kəskin artırıb
Baku Steel Company ixrac reytinqində ilk dördlükdə. BŞirkət xarici satışlarını 16 milyon dollardan çox artırdıb"Baku Steel Company" QSC 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük qeyri-dövlət ixracatçıları arasında dördüncü yerdə qərarlaşıb.
Marja.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın iyul sayına əsasən, şirkətin ixracı 45,1 milyon ABŞ dolları təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu göstərici 28,9 milyon ABŞ dolları olub.
Nəticədə:
ixrac 16,2 milyon ABŞ dolları artıb;
artım tempi 56,1% təşkil edib.
Bu göstərici ilə "Baku Steel Company" QSC qeyri-neft ixracatçıları arasında ilk beşlikdə yer almağa davam edib.
56 faizdən çox artım metallurgiya məhsullarına xarici bazarlarda tələbin yüksəldiyini göstərir. Şirkətin ixrac həcminin 45 milyon dolları keçməsi polad sənayesinin qeyri-neft ixracına verdiyi töhfənin artdığını nümayiş etdirir.
Baku Steel Company uzun illərdir Azərbaycanın ən iri metallurgiya müəssisələrindən biri hesab olunur və armatur, polad pəstah, digər metal məhsullarının istehsalı və ixracı üzrə aparıcı mövqeyə malikdir. Son nəticələr şirkətin beynəlxalq bazarlarda rəqabət qabiliyyətini qoruduğunu göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















