PAŞA Bankın “ZirvədəSən 2026” ödənişli təcrübə proqramına start verildi
PAŞA Bankın gənclər üçün keçirdiyi “ZirvədəSən 2026” ödənişli təcrübə proqramına start verilib. Bu il proqrama 12 mindən çox müraciət daxil olub. Çoxmərhələli seçim prosesinin nəticəsində Bankın müxtəlif fəaliyyət istiqamətləri üzrə 60 nəfər iştirakçı seçilərək proqrama qəbul edilib.
Üç ay davam edəcək proqram müddətində iştirakçılar peşəkar təlimlərdə iştirak edəcək, mentorlarla çalışacaq və PAŞA Bankın müxtəlif struktur bölmələrində gündəlik iş prosesinə qoşularaq praktiki təcrübə qazanacaqlar. Proqram onlara bank sektorunun iş prinsiplərini yaxından öyrənmək, nəzəri biliklərini praktikada tətbiq etmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq.
Proqramı uğurla başa vuran iştirakçılar bilik və bacarıqlarına uyğun vakansiyalar yarandığı halda PAŞA Bankda iş imkanları üçün qiymətləndirmə prosesinə cəlb oluna biləcəklər.
Ötən il keçirilən “ZirvədəSən 2025” proqramının məzunlarının böyük əksəriyyəti hazırda PAŞA Bankda fəaliyyətini davam etdirir. Bu da proqramın gənclərin əmək bazarına hazırlanmasına və Bank üçün yeni istedadların yetişdirilməsinə verdiyi töhfəni göstərir.
PAŞA Bank gənclərin inkişafına yönəlmiş layihələri davamlı şəkildə həyata keçirir. Bank gənclərin bilik və bacarıqlarını inkişaf etdirməyə, əmək bazarına daha hazırlıqlı daxil olmalarına və ilk peşəkar təcrübələrini qazanmalarına dəstək verir.
PAŞA Bank gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş layihələri bundan sonra da davam etdirəcək. Bankın məqsədi gənclərin ilk peşəkar təcrübələrini qazanmasına və əmək bazarına daha hazırlıqlı başlamasına dəstək olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















