1 ton Azərbaycan pomidorunun orta ixrac dəyəri 1208 dollara yüksəlib
6 ayda pomidor ixracından gəlir 164 milyon dollara yaxınlaşıb.2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan 135 min 640,9 ton pomidor ixrac edilib. İxrac olunan pomidorun statistik dəyəri 163 milyon 847,2 min ABŞ dolları təşkil edib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə isə ölkədən 134 min 375,7 ton pomidor ixrac olunmuş, bu məhsulların statistik dəyəri 149 milyon 26,3 min dollar olmuşdu.
Beləliklə, pomidor ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar ifadəsində 1 min 265,2 ton və ya 0,9% artıb. İxracdan əldə olunan gəlir isə 14 milyon 820,9 min dollar və ya 9,9% yüksəlib.
Pomidor ixracının dəyərinin fiziki həcmdən daha sürətli artması məhsulun orta ixrac qiymətinin yüksəldiyini göstərir. Hesablama əsasında bir ton pomidorun orta statistik ixrac dəyəri 2025-ci ilin ilk yarısındakı təxminən 1 109 dollardan 2026-cı ilin eyni dövründə 1 208 dollara çatıb.
Pomidor Azərbaycanın qeyri-neft-qaz ixracında əsas kənd təsərrüfatı məhsullarından biri olaraq qalıb. 2026-cı ilin ilk yarısında pomidor qeyri-neft-qaz ixracının təxminən 3%-ni, tərəvəz və meyvə ixracından əldə olunan gəlirin isə üçdəbirinə yaxın hissəsini formalaşdırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















