Expressbank Xankəndi şəhərinə mediatur təşkil edib
(®) Expressbank Milli Mətbuat və Jurnalistika Günü münasibətilə ölkənin aparıcı media qurumlarının nümayəndələri üçün Xankəndi şəhərinə mediatur təşkil edib.
2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması fonunda keçirilən səfərin məqsədi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini, dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində reallaşdırılan investisiya layihələrini və Expressbankın bu prosesə verdiyi maliyyə dəstəyini media nümayəndələrinə yerində təqdim etmək olub.
Mediatur çərçivəsində iştirakçılar Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyilə Expressbank tərəfindən güzəştli biznes krediti ilə maliyyələşdirilmiş GP Safety MMC - İş Əlcəkləri İstehsalı Müəssisəsini ziyarət ediblər.
Ziyarət zamanı media nümayəndələrinə müəssisənin istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və gələcək inkişaf perspektivləri barədə məlumat verilib. Bildirilib ki, bu kimi layihələr regionda yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın genişlənməsinə və iqtisadi fəallığın artırılmasına xidmət etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi dirçəlişinə də mühüm töhfə verir.
Müəssisə ilə tanışlıqdan sonra Bank əməkdaşları və media nümayəndələri nahar süfrəsi ətrafında toplaşıblar. Səfər proqramı çərçivəsində iştirakçılar Xankəndi şəhərində yerləşən Zəfər Parkını ziyarət edərək sərbəst zaman keçiriblər. Zəfər Parkına səfər media nümayəndələrinə ölkənin tarixi qələbəsinin rəmzlərindən biri ilə yanaşı, regionda aparılan genişmiqyaslı yenidənqurma işlərini də yerində müşahidə etmək imkanı yaradıb.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















