Azərbaycan iqtisadiyyatı ilk yarımildə 0,8% böyüyüb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) həcmi 65 milyard 207 milyon manat təşkil edib. Ölkə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,8% böyüyüb.
Marja.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yanvar-may aylarında iqtisadi artım qeydə alınmadığı halda, ilk yarımilin yekununda ÜDM-də 0,8%-lik artım yaranıb.
Hesabat dövründə neft-qaz sektorunda 19 milyard 610,5 milyon manatlıq əlavə dəyər formalaşıb. Bu sektor üzrə ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə 0,7% azalıb. Yanvar-may aylarında azalma 1% təşkil etmişdi.
Qeyri-neft-qaz sektorunda isə ÜDM 45 milyard 596,5 milyon manata çatıb və illik müqayisədə 1,5% artıb. Beş ayın yekununda bu sahədə artım 0,4% idi.
Əsas kapitala investisiyalar kəskin artıb
İlin ilk yarısında əsas kapitala 9 milyard 295,2 milyon manat investisiya yönəldilib. İnvestisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artıb.
Müqayisə üçün, 2026-cı ilin yanvar-may aylarında əsas kapitala investisiyalar illik ifadədə 2,1% azalmışdı.
Qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6 milyard 131,6 milyon manat təşkil edib və 5,5% artıb. Yanvar-may aylarında bu göstərici üzrə 14,7%-lik azalma qeydə alınmışdı.
Sənaye istehsalı 33 milyard manatı ötüb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 33 milyard 71 milyon manatlıq sənaye məhsulu istehsal edilib. Sənaye istehsalı real ifadədə 0,1% artıb. Yanvar-may aylarında artım 0,2% olmuşdu.
Qeyri-neft-qaz sənayesində məhsul istehsalı 10 milyard 769,6 milyon manat təşkil edib və illik müqayisədə 4,1% yüksəlib. Beş ayın yekununda bu sahədə artım 5,8% idi.
Nəqliyyat və rabitə xidmətlərində yüksək artım
Kənd təsərrüfatı məhsullarının dəyəri 7 milyard 85,3 milyon manat olub və 2,2% artıb.
Nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin həcmi 7 milyard 817,6 milyon manat təşkil edib. Bu sahədə real artım 8%-ə çatıb. Yanvar-may aylarında artım 6,8% olmuşdu.
İnformasiya və rabitə xidmətlərinin dəyəri 1 milyard 966,5 milyon manat təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 7,5% artıb.
Pərakəndə ticarət dövriyyəsi isə 3,7% artaraq 32 milyard 388,8 milyon manata yüksəlib.
Statistik göstəricilər ilk yarımildə iqtisadi artımın əsasən qeyri-neft-qaz sektoru, investisiyalar, nəqliyyat və informasiya-rabitə xidmətləri hesabına dəstəkləndiyini göstərir.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 16 saat əvvəl
-
17 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
20 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi
























