Porsche-nin satışı son 6 ilin ən aşağı səviyyəsinə düşüb
Porsche AG-nin qlobal tədarükləri Şimali Amerika və Çin bazarlarında tələbin kəskin azalmasının təsiri ilə ilin ilk yarısında 16 faiz geriləyib. Avtomobil sektorunu bürüyən böhran dalğası ilə mübarizə aparan şirkətin yanvar-iyun dövründə satışı 122 min 306 ədədə enərək 2020-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.Almaniyanın avtomobil sənayesində dərinləşən böhran lüks seqmentin ən gəlirli markalarından biri olan Porsche-yə də ciddi zərbə vurub.
Marja xəbər verir ki, Şirkətin açıqlamasında yanvar-iyun aylarını əhatə edən dövrdə satışın bütün regionlarda azaldığı bildirilib. Markanın ən böyük bazarlarından olan Şimali Amerikada satışlar 13 faiz geriləyib, Çin bazarında isə azalmanın 32 faiz kimi kəskin səviyyəyə çatması narahatlıq yaradıb.
Porsche-nin rəhbərliyi qlobal azalmanın əsas səbəbləri sırasında daxiliyanma mühərrikinə malik 718 modelinin istehsalının dayandırılmasını, ötən il tam elektrikli Macan modelinə yüksək tələbin yaratdığı baza effektini və ABŞ-da elektrikli və hibrid avtomobillərə tətbiq edilən vergi təşviqlərinin başa çatmasını göstərib.
Bu məlumatdan sonra Frankfurt birjasında ticarət olunan şirkət səhmləri 1.3 faizə qədər dəyər itirib.
Ferrari-də uzun illər istehsalat üzrə rəhbər vəzifələrdə çalışdıqdan sonra yanvar ayında Porsche-nin "sükanı" arxasına keçən yeni Baş icraçı direktor Michael Leiters elektrikli avtomobil strategiyasındakı çətinliklər səbəbindən şirkət səhmlərinin Almaniyanın əsas fond indeksi DAX-dan çıxarılması ilə nəticələnən bu ağır prosesi geri çevirməyə çalışır.
Porsche ABŞ bazarında yerli zavoda malik olmadığı üçün ABŞ Prezidenti Donald Trampın idxal rüsumlarından ən çox zərər görən istehsalçılardan biri olub.
Gəlirliliyi bərpa etmək üçün radikal addımlar atan Leiters Volkswagen AG-nin tərkibində fəaliyyət göstərən şirkətin yenilənməsi məqsədilə aprel ayında Bugatti markası ilə bağlı ortaq müəssisədəki Porsche payını satmağa razılaşıb. Rəhbərlik diqqəti əsas istiqamətlərə yönəltmək və gəlirliliyi dəstəkləmək üçün qarşıdakı dövrdə yeni aktiv satışlarının da gündəmdə ola biləcəyinə işarə edir.
Almaniyanın avtomobil nəhənglərində ümumi geriləmə
Porsche-nin üzləşdiyi bu çətinlik əslində Almaniyanın lüks avtomobil istehsalçılarını bütövlükdə sarsıdan daha genişmiqyaslı yavaşlamanın bir hissəsidir. Həftə ərzində, çərşənbə günü açıqlama yayan Mercedes-Benz Group AG Çində daşınmaz əmlak böhranı və yerli istehsalçılarla rəqabətin sərtləşməsi səbəbindən ikinci rüb satışının 8 faiz azaldığını, bu ölkədəki geriləmənin isə 30 faizə çatdığını bildirib.
Digər nəhəng istehsalçı BMW AG isə ötən ay etdiyi xəbərdarlıqlarda Çində zəif tələb mühiti səbəbindən mənfəət marjasının 1 faiz kimi kritik səviyyəyə qədər enə biləcəyi barədə investorlarını xəbərdar etmişdi.
Ənənəvi olaraq Volkswagen qrupunda ən yüksək pul axını yaradan və kütləvi bazara yönəlmiş markaların aşağı gəlirliliyini kompensasiya edən Porsche-dəki bu maliyyə geriləməsi VW-nin Baş icraçı direktoru Oliver Blume üzərində təzyiqi də maksimum həddə çatdırıb.
Blume-nin Avropanın ən böyük avtomobil istehsalçısı üçün hazırladığı genişmiqyaslı yenilənmə planı cümə axşamı Wolfsburqda keçiriləcək müşahidə şurasının iclasında qızğın müzakirə olunacaq. İstehsalın azaldılacağı dövrə hazırlaşan Porsche-də CEO Leiters 2029-cu ilə qədər təxminən 3 min 900 iş yerinin ixtisarını nəzərdə tutan mövcud qənaət planlarına əlavə olaraq yeni xərc azaltma tədbirləri üzrə son danışıqların aparıldığını bildirib.
Şirkətin satış və marketinq üzrə İdarə Heyətinin üzvü Matthias Becker isə payızda keçiriləcək Kapital Bazarları Günü çərçivəsində “Strategiya 2035” planının yeni detallarını ictimaiyyətə açıqlayacaqlarını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
5 gün sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
4 gün sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
22 d. əvvəl
Alibaba-dan nəhəng gediş – 10,2 milyard dollarlıq səhm satdı
- 54 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
MİDA güzəştli ipoteka kreditini Yapı Kredi Bank Azərbaycanla əldə edin!
-
3 saat əvvəl
“MilliÖn”ün adından istifadə edilməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
“Lombard” kreditinə illik 10%-dək endirim - ŞƏRTLƏR ®
İran rialı çökür – Dollar 2 milyon rial həddini keçdi
Ən çox oxunanlar
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!
Avqustun 25-də gözlənilən hava şəraiti
Azərbaycan rəqəmsal nəhəngləri vergi uçotuna aldı - Netflix, eBay və Anthropic də siyahıdadır
Dövlət şirkətinin maliyyə göstəricilərində ciddi pisləşmə - Yığılmış zərəri 249 milyon manatı keçib
Prezident Əliyev Zelenskiyə yazdı: “Dəstəyi davam etdirəcəyik”



















