970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Atlas Group" şirkəti Hitachi-nin Azərbaycandakı rəsmi distribüteri oldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Atlas Group" şirkəti Hitachi-nin Azərbaycandakı rəsmi distribüteri oldu
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Atlas Group" şirkəti beynəlxalq tərəfdaşlıq şəbəkəsini daha da genişləndirərək dünyanın aparıcı sənaye və texnologiya şirkətlərindən biri olan Hitachi ilə strateji əməkdaşlığa başlayıb.

Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, "Atlas Group" Azərbaycanda Hitachi brendinin sənaye, tikinti və mədən avadanlıqları üzrə rəsmi distribüteri status qazanıb.

Yeni əməkdaşlıq çərçivəsində "Atlas Group" Hitachi məhsullarının region üzrə rəsmi distribüteri olan ENKA şirkəti ilə əməkdaşlıq əsasında Azərbaycanda satış, texniki dəstək və servis xidmətlərinin göstərilməsini həyata keçirəcək. Məhsul portfelində xüsusilə tikinti və mədən sənayesində geniş istifadə olunan Hitachi ekskavatorları mühüm yer tutur. Bununla yanaşı, şirkət müxtəlif təyinatlı sənaye və ağır texnika həllərini də Azərbaycan bazarına təqdim edəcək.

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Hitachi ağır texnika sahəsində etibarlılığı, məhsuldarlığı və uzunmüddətli istismar göstəriciləri ilə tanınır. Şirkətin ekskavatorları iri infrastruktur layihələrində, karxanalarda, mədənlərdə və tikinti sahələrində geniş tətbiq olunur.

"Atlas Group" rəhbərliyinin sözlərinə görə, bu tərəfdaşlıq yerli şirkətlərin beynəlxalq standartlara cavab verən texnikalara daha rahat çıxış əldə etməsinə imkan yaradacaq:

"Biz daim dünyanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edərək Azərbaycan bazarına ən etibarlı və müasir texnologiyaları gətirməyə çalışırıq. Hitachi kimi qlobal nüfuza malik bir brendin rəsmi distribüteri olmaq bizim üçün mühüm nailiyyətdir. Bu tərəfdaşlıq müştərilərimizə daha geniş məhsul seçimi, yüksək servis keyfiyyəti və beynəlxalq standartlara uyğun həllər təqdim etməyimizə imkan verəcək".

Bu əməkdaşlıq nəticəsində Azərbaycan bazarında fəaliyyət göstərən şirkətlər Hitachi avadanlıqlarını birbaşa rəsmi distribüterdən əldə etməklə yanaşı, zəmanətli servis, orijinal ehtiyat hissələri və peşəkar texniki dəstək xidmətlərindən də yararlana biləcəklər.

Qeyd edək ki, Atlas Group həmçinin sənaye avadanlıqlarının istehsalında dünya nəhəngləri hesab olunan Atlas Copco, Epiroc, Deutz AG, Bauer kimi şirkətlərin Azərbaycanda rəsmi distribüteridir. Şirkət həm də Airblast, Elcometer, Cedima və digər nüfuzlu beynəlxalq istehsalçılarla tərəfdaşlıq edir.

İş elanları AzVak.az-da

Atlas Group Hitachi Atlas Group Hitachi Hitachi Azərbaycanda Hitachi rəsmi distribüter Hitachi ekskavatorları Hitachi ağır texnika Hitachi sənaye avadanlıqları Hitachi tikinti avadanlıqları Hitachi mədən avadanlıqları Atlas Group distribüter Azərbaycanda rəsmi distribüter ENKA ENKA Hitachi Hitachi texniki dəstək Hitachi servis xidməti Hitachi ehtiyat hissələri orijinal ehtiyat hissələri zəmanətli servis ağır texnika tikinti texnikası mədən texnikası sənaye texnikası ekskavatorlar infrastruktur layihələri karxana avadanlıqları mədən sənayesi tikinti sektoru Atlas Copco Epiroc Deutz AG Bauer Airblast Elcometer Cedima beynəlxalq tərəfdaşlıq strateji əməkdaşlıq Azərbaycan bazarı
06.07.2026 14:21
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19