Azərbaycan-Gürcüstan sərhədində yeni keçid məntəqəsi layihələndirilir
Yeni keçid məntəqəsində birgə gömrük nəzarəti tətbiq olunacaq.Azərbaycan-Gürcüstan sərhədində yeni dövlət sərhədindən buraxılış məntəqəsinin yaradılması istiqamətində layihələndirmə işləri aparılır.
Marja.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın öz suverenliyini tam bərpa etməsindən sonra dövlət sərhədləri boyunca yeni keçid məntəqələrinin yaradılması və mövcud infrastrukturun inkişafı mühüm istiqamətlərdən birinə çevrilib.
Şahin Bağırov bildirib ki, hazırda Ağbənd keçid məntəqəsi ilə bağlı dövlət sərhədində işlər aparılır.
Bununla yanaşı, DGK sədri qeyd edib ki, Gürcüstanla sərhəddə yeni keçid məntəqəsinin yaradılması üzrə də layihələndirmə işləri həyata keçirilir.
“Gürcüstanla bağlı layihələndirmə işimiz var və biz hökumət səviyyəsində bu işi nəzərdən keçiririk. Hökumətimiz bu sahədə müəyyən tapşırıqlar verir. Gürcüstanla yeni keçid məntəqəsinin açılması üçün ilk növbədə layihələndirmə işləri aparılmalıdır və biz bunu həyata keçiririk”, - deyə Şahin Bağırov bildirib.
Komitə sədrinin sözlərinə görə, layihələndirmə mərhələsindən sonra növbəti mərhələdə keçid məntəqəsinin tikintisi məsələsinə baxılacaq.
Şahin Bağırov bildirib ki, yeni keçid məntəqəsi müasir standartlara uyğun olacaq və burada birgə nəzarət mexanizminin tətbiqi nəzərdə tutulur.
Onun sözlərinə görə, bu, Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin yaxın məsafədə, eyni məkanda nəqliyyat vasitələrini yoxlamasına imkan verəcək.
“Bu, daha sadələşdirilmiş gömrük xidməti olacaq. Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin yaxın bir məkanda nəqliyyat vasitələrini eyni anda yoxlamaq imkanı olan keçid məntəqəsi yaradılacaq”, - deyə DGK sədri qeyd edib.
Şahin Bağırov vurğulayıb ki, birgə nəzarət mexanizmi həm vaxta qənaət edəcək, həm nəzarətin keyfiyyətini artıracaq, həm də qeyri-qanuni fəaliyyətlə bağlı potensial risklərin daha tez müəyyənləşdirilməsinə imkan yaradacaq.
Onun sözlərinə görə, yeni keçid məntəqəsinin yaradılması nəqliyyat vasitələri üçün alternativ seçimlərin artmasına da xidmət edəcək.
DGK sədri bildirib ki, keçid məntəqələrinin sayının artırılması istiqamətində ölkədə işlər davam etdirilir və zəruri hallarda bu sahədə yeni tapşırıqlar əsasında əlavə layihələr də icra olunacaq.
“Biz bu sahədə, dediyim kimi, Gürcüstanla yeni keçid məntəqəsi üzərində iş aparırıq. Növbəti mərhələdə qarşımıza hansı məsələ qoyulacaqsa, həmin istiqamətdə də iş aparılacaq”, - deyə Şahin Bağırov bildirib.
© "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibədən
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















