Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Çimmək məqsədilə istifadənin məhdudlaşdırıldığı çimərliklər: Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsi, Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Niyazoba.2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin əvvəlindən aylıq əsasda həyata keçirilib.
Bildirilib ki, may ayından etibarən isə monitorinqlərin intensivliyi artırılıb və həftəlik qaydada davam etdirilir: "Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə müayinə olunur.
İstirahət mövsümü ərzində dəniz suyu nümunələri xüsusi təhlükəli yoluxucu xəstəliklərə nəzarət məqsədilə əlavə olaraq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarında da tədqiq edilir.
Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.
Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.
Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib".
Qeyd edilib ki, qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional qurumları, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq strukturları məlumatlandırılıb: "Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatlara diqqət yetirməyi və müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.
Çimərlik mövsümü ərzində dövlət sanitariya xidməti tərəfindən monitorinqlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək".
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
5 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
1 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 15 saat əvvəl
- 19 saat əvvəl
-
21 saat əvvəl
“Biz elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!”
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
1 gün əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
1 gün əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Noyabrın 9-da gözlənilən hava şəraiti - Leysan gözlənilir
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir























