Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
Qiymətləndiricilər Palatası may üçün avtomobil indekslərini açıqlayıb
rbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin may ayı üzrə avtomobil indekslərini açıqlayıb.
Palatadan Marja.az-a verilən məlumata görə, Azərbaycan avtomobil bazarında qiymət artımının tempi zəifləyib və bazar sabitləşmə mərhələsinə daxil olub.
Hesabatda qeyd olunur ki, avtomobil indeksi may ayında 104,1 bənd təşkil edib. Bu göstərici 2025-ci ilin dekabr ayı ilə müqayisədə qiymətlərin 4,1 faiz artdığını göstərsə də, aylıq müqayisədə bazarda 1,6 faizlik korreksiya qeydə alınıb.
Təhlillər göstərir ki, bu dəyişiklik avtomobillərin ucuzlaşması ilə deyil, əsasən aşağı qiymətli avtomobillərin bazardakı payının artması ilə bağlıdır. Ən çox satılan modellər üzrə qiymətlərdə isə cəmi 0,73 faiz azalma müşahidə olunub.
May ayında orta bazar qiyməti 30 min 470 manat səviyyəsində qalaraq əvvəlki ayla müqayisədə demək olar ki, dəyişməyib. Median qiymət isə 18 min manata enib ki, bu da bazarın tədricən tarazlaşdığını göstərir.
Hesabat dövründə ikinci əl avtomobillərin bazar payı 73 faizə yüksəlib, yeni avtomobillərin payı isə 27 faizə enib. Bu tendensiya istehlakçıların daha əlçatan nəqliyyat vasitələrinə üstünlük verdiyini göstərir. Sedanlar 45,9 faizlik payla lider mövqedə qalsa da, SUV və krossover seqmenti 25,6 faiz payla ən dinamik kateqoriya kimi seçilir.
AQP-nin məlumatına görə, bazarda ən çox təmsil olunan avtomobillərin orta yaşı 21,1 il, orta yürüşü isə 257,9 min kilometr təşkil edir. Yaş və yüksək istismar nəticəsində avtomobillərin bazar dəyərində orta hesabla 28,1 faizlik diskont formalaşır. Ən yüksək diskont göstəricisi Ford Transit modelində qeydə alınıb.
Eyni zamanda, bazarda texnoloji transformasiya davam edir. May ayında hibrid və elektrik avtomobillərinin bazar payı 10,3 faizə yüksəlib, dizel avtomobillərinin payı isə 15,2 faizə enib. Bu dəyişiklik istehlakçıların enerji səmərəli və müasir texnologiyalara üstünlük verməsinin göstəricisi hesab olunur.
May ayında avtomobil satışlarının həcmi 1,5 faiz azalsa da, bu azalma mövsümi xarakter daşıyır və bazarın ümumi likvidliyinə ciddi təsir göstərmir. Ümumilikdə, 2026-cı ilin may ayında Azərbaycan avtomobil bazarında sabitləşmə və struktur transformasiyası müşahidə olunub.
Mövcud tendensiyalar nəzərə alınmaqla, AQP 2026-cı ilin yay aylarında Avtomobil İndeksinin 103-106 bənd diapazonunda dəyişəcəyini və bazarın sabit inkişaf trayektoriyasını qoruyacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
2 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Ağdamda nəhəng zeytun təsərrüfatı yaradılıb – 10 min ton məhsul hədəflənir
-
10 saat əvvəl
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
-
11 saat əvvəl
Ağdamda 24,9 milyon manatlıq yeni zavod – 100 nəfər işlə təmin olunacaq
-
11 saat əvvəl
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
-
11 saat əvvəl
Dünyanın ən böyük media sövdələşmələrindən biri tamamlandı – 22 milyard dollar
-
11 saat əvvəl
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Ərdoğan Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Ən çox oxunanlar
Ağdamda ildə 130 min döşək istehsal edəcək yeni zavod açıldı
Noyabrın 8-də gözlənilən hava şəraiti - yağış yağacağı gözlənilir
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib
Xankəndidə 1100 tələbənin eyni vaxtda istifadə edə biləcəyi nəhəng kitabxana tikilir - təməli qoyuldu
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi






















